Son dəqiqə
10-04-2024, 11:21
223

“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”- FOTO

“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”- FOTO
"Ceyhunla mən "Ögey ana" filminin sınaq çəkilişlərində tanış oldum. Ceyhunu İsmayıl, məni isə Cəmilə roluna təsdiq edirdilər. Biz birlikdə sınaq çəkilişlərində iştirak etdik, oynadıq. Hər ikimiz də seçimdən keçdik. Ceyhunun anası gürcü idi. Onu çəkilişlərə anası gətirirdi. Ceyhun çox istedadlı idi. Digər uşaqlara da kömək edirdi. İstedad onun içindən gəlirdi. Sonradan da yaxşı rejissor, gözəl aktyor oldu. Ən gözəl rolu da elə "Fəryad" filmində oldu. O da, mən də ailə həyatı qurdum. Telefonla zəngləşirdik, münasibətimiz yaranmışdı. Dostluğumuz başlamışdı"

Bunu "Ögey ana" filminin Cəmiləsi Sevinc Axundova Ceyhun Mirzəyevin doğum günündə onunla bağlı xatirələrini danışarkən söyləyib. O daha sonra əlavə edib.

"Sonuncu danışığımızı indiyə qədər xatırlayıram. Mənə bundan əvvəl demişdi ki, istəyirəm "Ögey ana" filminin sonunu çəkim. Bu filmdə də öz ailəsini, mənim ailəmi lentə almaq istəyirdi. Elə oldu ki, ortaya "Fəryad" filmi girdi, onu çəkdilər. "Ögey ana" filmi qaldı ikinci planda. Yaşasaydı çəkərdi. Sonra gəlib məndən Ceyhunla bağlı müsahibə aldılar. Onun ad günü münasibəti ilə veriliş hazırlayırdılar. Qismət olmadı ki, veriliş efirə getsin. Ceyhun "Fəryad" filminin montaj prossesindən gələndən sonra evdə keçinmişdi. Heydər Əliyev adına sarayda "Fəryad" filminin təqdimatı olanda Ceyhun artıq həyatda yox idi. Vaqif Mustafayev özü də həmin təqdimatda bildirdi ki, "bu rolu məhz Ceyhunun oynamasını mən istədim". Allah ona rəhmət etsin, ruhu şad olsun. O qalsaydı çox işlər görərdi" deyə Sevinc xanım bildirib.

Sevinc Axundova bildirib ki, Ceyhun Mirzəyevdən sonra onun ailə üzvləri ilə yaxın münasibətdə olub.

"Ceyhundan sonra ailəsi ilə çox gözəl münasibətimiz oldu. Tez-tez yoldaşı Lida xanımı, qızını evimə dəvət edirdim. Həyat yoldaşı prokuror idi. Qızı çox savadlı idi, bir neçə dil bilirdi. Lida xanım bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Qızına çox dedik ki, getmə, burada qal. Amma bağı, evi satıb getdi. İndi axtarırıq qızını. Bir tanış var, deyir ki, onu tapacam. Rusiyada 1 otaqlı evdə yaşayır. Hətta dedilər ki, onu kimsə aldadıb, pulunu alıb. Ümid edirik ki, axtarışlarımız nəticə verəcək" deyə Sevinc Axundova bildirib.



Xebertv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}