Son dəqiqə
11-04-2024, 10:19
160

Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?

Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Yeni inşa olunmuş binadan mənzil almağı planlaşdırıram. Xahiş edirəm, mənzil alınarkən ƏDV-nin geri qaytarılması ilə bağlı məlumat verəsiniz. Bu qayda Bakı şəhərində bütün MTK-lara şamil olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidirlər.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi Qaydası” ilə bağlı videotəlimatlar, məlumatlar və s. məsələlər öz əksini tapıb.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Prezidentin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”Yeni inşa olunmuş binadan mənzil almağı planlaşdırıram. Xahiş edirəm, mənzil alınarkən ƏDV-nin geri qaytarılması ilə bağlı məlumat verəsiniz. Bu qayda Bakı şəhərində bütün MTK-lara şamil olunurmu?

Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}