Son dəqiqə
16-04-2024, 10:15
177

Bakı ətrafı ərazilərdə yaşayanlara SEVİNDİRİCİ XƏBƏR: 70 minə yaxın sakinin...

Bakı ətrafı ərazilərdə yaşayanlara SEVİNDİRİCİ XƏBƏR: 70 minə yaxın sakinin...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

Dövlət investisiyası hesabına icra olunan layihə Abşeron yarımadasının şimal-şərq hissəsinin, xüsusilə, Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilərinin, eyni zamanda yeni salınmış yaşayış massivlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, ərazinin içməli su təchizatı Ceyranbatan sutəmizləyici qurğularından qidalanan Maştağa su anbarından aparılacaq. Bu məqsədlə anbarın nasos stansiyası yenidən qurulacaq. Anbardan götürülən su nasosları vasitəsilə Nardaran qəsəbəsində yeni inşa edilən 10 min kubmetr tutumu olan anbara vurulacaq. Maştağa və Nardaran anbarını əlaqələndirmək məqsədilə 820 mm diametrli polad borularla 6 km uzunluğunda magistral su kəməri inşa edilir. Yaşayış massivlərinə suyun çatdırılması məqsədilə 530 mm diametrli polad borularla 11 km uzunluğunda daşıyıcı magistral su kəmərləri çəkilir.

Eyni zamanda, suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün müşayiətedici və paylayıcı su xətləri tikilir. Ümumilikdə layihə çərçivəsində 25 km uzunluğunda magistral və paylayıcı su xətlərinin inşası layihələndirilib. Layihənin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin tikintisi işlərinin 50 faizi icra olunub. Bununla yanaşı, 10 min kubmetr tutumlu yeni su anbarının tikintisinə başlanılıb, nasos stansiyasının yenidən qurulmasına hazırlıq görülür.

Qeyd edək ki, layihənin əhatə etdiyi ərazidə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirlər. Yeni layihənin icrası nəticəsində çimərlik ərazisi boyu istirahət və turizm obyektlərinin də içməli su təchizatı yaxşılaşacaq.

Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Bilgəh, Nardaran, Maştağa qəsəbələrində, həmçinin yeni salınmış yaşayış massivlərində 70 minə yaxın sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan verəcək.

Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}