Son dəqiqə
16-04-2024, 22:39
193

Nizami rayon İcra Hakimiyyəti hara baxır?- "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Nizami rayon İcra Hakimiyyəti hara baxır?- "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı
Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

Bu yaxınlarda daha bir qrup insan dələduzluq faktı ilə üzləşib. Belə ki, Nizami rayon 2 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində (MKTB) - "JEK"də (MKTB) baş mühəndis vəzifəsində çalışan Məmmədov Rafiq Fərəməz oğlu və Elşən Məmmədov 5 nəfərə ümumilikdə 40 min manat məbləğində ziyan vurub.

Zərərçəkmişlər iddia edir ki, Məmmədov Elşən xaricdən avtomobil gətirəcəyi vədi ilə ayrı-ayrı şəxslərdən aldığı pul vəsaitini mənimsəyərək ailə problemlerinin həllinə yönəldib. Uzun müddət müxtəlif bəhanəlrlə onları aldadıb, əlavə vəsaitlərini alıb.

Xeyli müddət sonra dələduzluğun qurbanı olduqlarını başa düşən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Elşən Məmmədov saxlanılıb, istintaq başlayıb.

Ancaq həmin vaxtdan 7 ay keçsə də, zərərçəkmişlərin heç birinin vəsaiti qaytarılmayıb. Zərərçəkmişlər bu müddət ərzində də davamlı aldadıldıqlarını bildirirlər.

“Hazırda külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edən Məmədov Elşənin "JEK"də rəhbər vəzifəsində çalışan atası da zərərçəkmişləri aldatmaqla məşğuldur. Belə ki, o, aylardır şəxsi evini satıb borcu bağlayacağını bildirsə də, vədinə əməl etmir. Zərərçəkmişlər dəfələrlə evə müştəri göndərsə də, Rafiq Məmmədov müxtəlif bəhanələrlə müştəriləri geri qaytarır”, – deyə saytımıza verilən məlumatda bildirilir.

Buna görə də zərərçəkmişlər onların aldadıllmasını ata və oğulun birlikdə planlaşdırdıqlarını düşünürlər. Rafiq Məmmədovun da istintaqa cəlb olunmasını tələb edəcəklərini bildirirlər.

O da iddia edilir ki, Rafiq Məmmədov pensiya yaşını keçməsinə baxmayaraq hansisa yollarla tutduğu vəzifədə qalmağa nail olub. Bunun da araşdırılmasını zəruri hesab edirlər.

Zərərçəkmişlər dəymiş ziyan ödənməyəcəyi təqdirdə şikayəti geri götürməyəcəklərini və Məmmədov Elşən barəsində ən ağır cəza verilməsini, eləcə də atasının məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini qeyd edirlər./AzPolitika.info/

Xebertv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}