Son dəqiqə
19-04-2024, 09:44
167

"Onların yiyəsi yoxdur, sırtıqlaşıblar” - Xalq artistindən SƏRT REAKSİYA

"Onların yiyəsi yoxdur, sırtıqlaşıblar” - Xalq artistindən SƏRT REAKSİYA
İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı marağa səbəb olsa da, bir çox izləyicinin tənqidinə tuş gəldi.

Qlobal.net xəbər verir ki, buna səbəb aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsi olub. 45-48 dəqiqəlik serialda tez-tez vulqar ifadələrin, jarqonların istifadəsi bir çox izləyici tərəfindən sərt şəkildə qınandı.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur serialda bu cür ifadələrin işlənməsinin qəti əleyhinə olduğunu bildirərək ekran işini sərt şəkildə tənqid edib: “Bu cür “rejissorcığazlar” layihələrində tərbiyəsizliyi nümayiş etdirirlər. Onlar mənəviyyatdan, Azərbaycan tarixindən, millətin qələbəsindən, gələcəyindən xəbərsiz olan zümrədir. Bu kimi şəxslər bir virusdur ki, Azərbaycan televiziyasının canına düşüblər. Bu cür seriallar çəkmək ayıbdır, onların abrı, həyası yoxdur! Televiziya kanallarının rəhbəri gərək buna nəzarət etsin və belə layihələrin efirdə, milyonların qarşısında yayımlanmasına icazə verməsin. Belələrini ekrana buraxmaq olmaz”.

Teatr aktyoru hər kəsin serial çəkməyinin gərəksiz olduğunu bildirib: “Hər yoldan ötən, koldan keçən başlayır serial çəkməyə. Belələri elə özləri kimi yoldan ötənləri yığıb aparır və film, serial çəkir. Belə olmaz! Bütün bunlara nəzarət olunmalıdır. Aidiyyəti qurumlar belə məsələlərə diqqət etməlidir. Hər şeyi başlı-başına buraxıblar, kim nə istəyir edir. Bu, rəsmən həyasızlıqdır, fahişəliyin təbliğidir! Ekranda, səhnədə söyüş söymək olar?! Səhnə müqəddəs yerdir, aktyorlar dahi dramaturqların yaradıcılığı sayəsində insanlara yol göstərir, tərbiyə, əxlaq verirlər. Bu cür tribunada söyüş ola bilərmi? Mən bu cür seriallara ümumiyyətlə baxmıram, hərdən vaxtım olanda tarixi, maarifləndirici türk seriallarına baxıram.

Bu cür gənclər isə başı əzilməli adamlardır. Onları tədbirlərdə görəndə ağzıma gələni demişəm, hətta gördükləri işi təhqir də etmişəm, lakin xeyri yoxdur. Onlar sırtıqlaşıblar, bilmirlər necə şöhrət qazansınlar, hər cür ucuz, ləyaqətsiz, tərbiyəsiz yollara əl atırlar. Belə seriallarla şöhrət qazanmaq istəyirlər, amma olmaz! Bunun səbəbi nəzarətin olmamasıdır. Ekran işləri üçün professional rejissorlar lazımdır. Sovet dövründə rejissorlar elə filmlər çəkirdilər ki, baxdıqca doymaq olmurdu. O filmlərdə əxlaqsız sözlər işlədilmirdi. Bir də indi çəkilənlərə baxın... Biabırçılıqdır”.

Sənətçi gənclərin bu cür danışığa “təbiilik” adı altında bəraət qazandırması ilə razılaşmayıb: “Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbiilik olur, bu isə həyasızlıqdır.

Buna sənətdə vulqarizm deyirlər və eybəcərlik sayılır. Bunların yiyəsi yoxdurmu? Azərbaycan mədəniyyətinə ciddi nəzarət lazımdır, 3-5 nəfərin tənqidi ilə belə şeylərin öhdəsindən gəlmək çətindir. Gərək kütləvi surətdə onları əzəsən, tribunalardan çıxarasan. Bu gün televiziyalara alimləri, savadlı sənət adamlarını çağırmırlar, onlara danışmağa imkan vermirlər. Nəticəsi də bax bu cür olur”.

Qeyd edək ki, İTV-də yayımlanan “Alatava” serialında Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə yer alır.

Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}