Son dəqiqə
22-04-2024, 19:26
139

Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır

Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Təqsirləndirilən vəkil konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Əvvəlki prosesdə Sümbülə Əliyeva işə baxan hakimlərə etiraz edəcəyini deyib. Bu gün xanım müttəhim etirazını əsaslandırıb. Əliyeva məhkəmə tərkibinə daxil olan iki hakimdən – sədrlik edən Mahmud Ağalarov və yan hakim Samir Əliyevdən narazıdır. Digər hakim Faiq Qəniyevə isə etirazı yoxdur.

Əliyeva etiraz ərizəsində yazıb ki, sözügedən hakimlər onun tərəfindən verilən vəsatətlərin hamısını rədd edir. O vəsatətlər ki, iş üçün əhəmiyyətlidir. Məsələn, əlavə şahidlərin dindirilməsi, sənədlərin toplanması və sair.

Təqsirləndirilən şəxs bunu hüquqlarının pozulması kimi qiymətləndirib:

“İddia olunur ki, 200 min manat mənimsəmişəm. Amma maliyyə sənədləri araşdırılmır. Araşdırma olmadan istintaq yekunlaşdı. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istədi. Bundan sonra mən sarsıldım. Səhhətim pisləşdi. Mənim haqqımda axtarış qərarı çıxarılıb. Xəstəxanada olan adamı axtarışa verərlər? Əgər məqsəd məni cəzalandırmaqdırsa, onda güllələnmə cəzası verin”.

Əliyevanın vəkili müvəkkilinin etirazının əsaslı olduğunu deyib.

Prokuror Ziya Mansurov müttəhimin ərizəsində hakimlərə etiraz üçün əsaslar olmadığını bildirib:

“Belə başa düşdüm ki, məsələni hakimlərin işdə maraqlı olmasına gətirib çıxarmaq istəyirlər. Amma ərizədə qeyd edilənlər etiraz üçün əsas deyil. Vəsatət rədd edilməlidir”.

Hakimlər müşavirədən qayıtdıqdan sonra sübut yetərsizliyi səbəbindən vəsatətin baxılmamış saxlanıldığını elan ediblər.

Qərardan sonda Sümbülə Əliyeva prokuror Ziya Mansurovdan da narazı olduğunu, dövlət ittihamını onun müdafiə etməsini istəmədiyini deyib.

Vəkil Mansurova qarşı etiraz ərizəsi hazırlamaq üçün vaxt istəyib. Bu səbəbdən proses aprelin 25-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Xebertv.info

Digər xəbərlər

“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi
Bakıda icbari tibbi sığorta niyə işləmir?
Ermənilər Şurnuxunu da yandırırlar
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
Qaradağda  dezinfeksiya işləri daim nəzarət  altındadır - Foto
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb -
Nazir müavininin MİLYONLUQ OBYEKTLƏRİ VƏ BİZNES ŞƏBƏKƏSİ
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh
İşğaldan azad olunmuş Şuşa şəhərinin video görüntüləri
Yoluxanların sayı artmaqda davam edir
Şəhriyar Kasparova bu cür qalib gəldi – VİDEO
Bakının gözəlləşməsini istəməyənlər...
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” -
Nobel mükafatçısı dünyasını dəyişdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya ağır İTTİHAMLA...
AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Mənə qurşaqdan yuxarı çılpaq videosunu göndərmişdi” - Əli Həsənovla bağlı daha bir İDDİA
“Milan” “Atletiko”ya məğlub oldu
Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR
Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sabah yağış yağacaq
Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
Deputat: "Parisdəki səfirimizi geri çağrılmalıyıq"
Baş Prokurorluq jurnalistin tutulması ilə bağlı açıqlama verdi
{sape_links}{sape_article}