Son dəqiqə
23-04-2024, 17:23
231

Gömrük Komitəsinin sədri tabeliyində olan idarəyə BURAXILMADI: “5 dəqiqə gözləyəndən sonra…”

Gömrük Komitəsinin sədri tabeliyində olan idarəyə BURAXILMADI: “5 dəqiqə gözləyəndən sonra…”
Dünən – aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rayonların birindən gəlirmiş və bu zaman Səbail rayonunda yerləşən BŞBGİ-nə də baş çəkmək barədə qəfil qərar verib. Amma əsl həngamə bundan sonra başlayıb. Komitə sədri təxminən 5 dəqiqə “şlaqbaum”da gözləməli olub, postda adam olmadığına görə “şlaqbaum”u açan olmayıb. Bundan sonra sədrin sürücüsü maşından düşməyə məcbur olub və daha sonra sədrin həyətə daxil olması mümkün olub.

Bu barədə saytlara daxil olan məlumatlarda bildirilir.

Qeyd olunur ki, Ş.Bağırovun bir neçə dəqiqə İdarəyə daxil ola bilməməsi ciddi gərginlik yaradıb. Növbəçi hissənin rəisi yerində olmayıb. Hətta gömrük işçilərinin əksəriyyəti sədri tanımayıb:

“İlk olaraq, Şahin Bağırov birinci mərtəbədə maliyyə şöbəsinə daxil olub, maliyyə inspektorlarına suallar ünvanlayıb, amma ona cavab verə bilməyiblər. Daha sonra İdarənin rəisi Elmir Ramazanova Komitə sədrinin orada olduğunu deyiblər. Ş.Bağırov Elmir Ramazanovu danlayıb, İdarədəki özbaşınalıqları sərt tənqid edib, insanların narazı qaldığını, incidildiyini bildirib və bundan sonra əsəbi şəkildə çıxıb gedib”.

Sədr gedəndən sonra BŞBGİ-nin rəisi Elmir Ramazanov əl-ayağa düşüb və insanlara yaxınlaşaraq problemlərinin olub-olmadığını soruşub.

Redaksiya bildirir ki, bu faktın özü BŞGİ-də özbaşınalıqların, qanunsuzluqların hökm sürdüyünün göstəricisidir.

Əldə olunan məlumata görə, BŞBGİ-nin növbəi hissənin rəisi işdən çıxarılıb və yerinə yeni rəis təyin edilib. Yəni, E.Ramazanovun səriştəsizliyinə və idarədəki özbaşınalıqlara görə yalnız növbəçi hissə rəisi cəzalandırılaraq işdən çıxarılıb.

Xebertv.info

Digər xəbərlər

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Sürücünü vuran sərnişin üzr istədi
Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayəyə çapacaqla zərbələr vurdu - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
ANS-in sabiq prezidentinə yeni VƏZİFƏ VERİLDİ
Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır
Bakıda intihar edən şəxs şöbə müdiri olub
Putin Bakıda bu məşhur milyarderlə görüşdən imtina etdi
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Dünya bazarında neft qiymətləri
Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib
Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? (RƏSMİ AÇIQLAMA)
Qarabağda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Milli Məclisin iclası başlayıb
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
"900 manatla trendə düşürlər" - Flora Kərimova
Kompensiyayalarla bağlı sms almiyan vetendaşlar nə etməli??
Ceyhun Bayramov: “Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunacaq
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
Düşmən Tərtərdə daha bir mülki şəxsi yaraladı