Son dəqiqə
26-04-2024, 10:23
229

Yeni Klinikada nə baş verir?

Yeni Klinikada nə baş verir?
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb. İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.

Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.

Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.

Xebertv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"