Son dəqiqə
26-04-2024, 10:26
130

İlkin Fikrətoğlu – AFFA-nın yeni rəhbərliyi futbolumuza nə vəd edir?

İlkin Fikrətoğlu – AFFA-nın yeni rəhbərliyi futbolumuza nə vəd edir?
AFFA-nın hesabat-seçki konfransı arxada qaldı. İndi seçilənlər haqda geniş danışmaq olar. AFFA-nın tarixinə qurumun 4-cü prezidenti kimi düşən Rövşən Nəcəf futbol camiəsinə “Neftçi”dən tanışdır. Aprelin 9-da 42 yaşını tamamlayan Rövşən Nəcəf əmək fəaliyyətinə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant kimi başlayıb. 2003-2007-ci illərdə ovaxtkı İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və iqtisadi inkişaf nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti”ndə icraçı direktorun müavini və icraçı direktor, daha sonra Prezident Adminstrasiyasında şöbə müdiri çalışıb. Qısa müddətdə Maliyyıə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri də olub. 2020-ci ilin fevralında dövlət başçısının sərəncamı ilə iqtisadiyyat nazirinin müavini, 2022-ci ilin fevralında isə SOCAR-ın I vitse-prezidenti, 5 ay sonra isə qurumun prezidenti təyin edilib. Hakimiyyət elitasında kifayət qədər sanballı postlar tutmasına baxmayaraq, geniş kütlə Rövşən Nəcəf ad-soyadını futbola gəldikdən sonra tanıyıb. 2022-ci ilin 2 dekabrında “Neftçi”nin Müşahidə Şurasının sədri postunda yazıçı Çingiz Abdullayevi əvəzləyib. Ta ki, bu ilin 2 aprelində digər bir Abdullayev - AFFA prezidenti Rövnəq Abdullayevi əvəzləyənə qədər.

“Neftçi”dəki 16 aylıq fəaliyyəti haqqında müsbət nəsə demək olmaz. “Neftçi” fanatları Rövşən Nəcəfdən cox şey gözləsə də, ümidlər bu müddətdə doğrulmadı. Rövşən bəyin özünün də etimadını doğrultmayan “Neftçi”də idarəçilik sistemində rəhbərliyə gətirdiyi şəxslər oldu. Artıq Rövşən Nəcəf “Neftçi”nin rəhbəri deyil, indi ona bir klub yox, bütün ölkənin futbolu həvalə edilib. Bəs onun AFFA-da güvəndiyi heyətdən nə gözləmək olar? Vitse-prezidentlərdən adı ən cox neqativ çəkilən Elşad Nəsirovdur. Bu şəxs 2004-cü ildən AFFA-nın vitse-prezidentidir, 20 ildə futboldakı fəaliyyəti ilə bağlı hansısa müsbət məqama rast gəlinməyib. Əksinə, milli komnadalara əcnəbi məşqçilərin gətirilməsi ideyasının müəllifi və əbədi dəstəkçisi kimi cəmiyyət tərəfindən kəskin tənqid olunur. AFFA ilə “yuxarı” arasında körpü rolunu oynamalı olan Nəsirov onları özünün doğru sandıqlarına necə inandırıbsa, dövlətin hər il 30-40 milyon manat pulu futbola dəstək, futbolun inkişafı adıyla xərclənir, ortada da nəticə yox. Ona görə Elşad Nəsirovdan futbolun inkişafına hansısa töhvə verəcəyini gözəmək, yumşaq desəm, sadəlövhlükdür. Digər vitse-prezdent Könül Mehdiyeva AFFA-da uzun illərdir çalışır. Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri olub. Əvvəlki hakimiyyətin dövründə də İcraiyyə Komitəsinin üzvü idi. indi də. “İcrakom” üzvü kimi indiyədək hansısa təklif, ideya ilə çıxış etdiyini, ümumiyyətlə, danışdığını. ictimaiyyətə açıq olduğunu görməmişik. AFFA statusuna görə ictimai təşkilat olsa da, əksər rəhbər şəxsləri kimi, Könül xanım da ictimaiyyətə qapalı adamdır. Amma futbolda “susmaq qızldır” ifadəsi keçmir. Futbolumuzun nicatı müzakirələrdə. effektli ideyalarda, təkliflərdədir.

İTV-nin baş direktoru Balakişi Qasımov yeni rəhbərlikdə yer alan ümidverici şəxslərdəndir. Nəyə görə ümidverici? Fikir adamıdır, intellekt sahibidir, “Nə. harada, nə zaman” intellektual oyununda kapitan kimi ardıcıl uğurları olub. İndi də Azərbaycan futbolu üçün “nə, harada. nə zaman” suallarına şəraitə uyğun cavab tapmalıdır. Futbolumuz kimi zəlil gündə olan televiziya sistemində kiçik bir inqilab edərək, baş direktoru olduğu İTV-ni digərlərindən fərqli bir səviyyəyə qaldırıb. Futbola da yad şəxs deyil. İllərdir qeyri-rəsmi də olsa, “Sabah” ilə sıx əlaqədədir. Hətta Azərbaycada əksəriyyətin hörmətini qazanan rusiyalı məşqçi Murad Musayevi də “Sabah”a o dəvət etmişdi. Belə faydalı məsləhətləri ilə ümumən futbolumuza xeyir verə bilər. Həm də diktator tipli, “mən deyirəmsə, belə olmalıdır” düşüncəsinə sahib adam deyil, digər fikirlərə açıqdır.

İcracı vitse-prezident isə AFFA-nın rəhbərindən sonra assosasiyada 2-ci əsas fiqurdur. Bu post son 2 ildə AFFA-nın baş katibi postunu tutan Sərxan Hacıyevə həvalə edilidi. Sərxan Hacıyev son 2 ildə AFFA-dakı elxan məmmədovçuların “mühasirə”sində olsa belə, müəyyən təklif və ideyalarını həyata keçirə bildi. Elxan Məmmədovun çoxdan “dəfn etdiyi” çempionatda idman prinsipilərini dirçəltdi, II Liqfnı bərpa etdi, Elxan Məmmədovun əndərabadi vəziyyətə saldığı I Liqanı əvəzedici komandalardan ayırıb, normal vəziyyətə gətirdi. Üstəlik, adı hec bir maxinasiya, maliyyə fırıldağında hallanmadı. Yeni rəhbərlik də, yəqin ki, Sərxan Hacıyevin təmiz ad və “işləyən adam” statusunu nəzərə alıb, ona güvəndi.

O ki qaldı İcraiyyə Komitəsinə, 13 nəfərdən 4 vitse-president və AFFA prezidenti Rövşən Nəcəf haqda danışdıq. Qalanlar kimlərdir?

İcraiyyə Komitəsində kimin Bəxiyar. kimin Zalımoğlu və Mirpaşa, kimin də Cəlal olacağını zaman göstərəcək. Əsas ictimai istək nəzərə alınıb: Qurban Qurbanov “icrakom”da yer alıb. Amma bu, həm də o deməkdir ki, Qurbanov milli komandanın baş məşqçisi olmayacaq. İndi əksəriyyət İcraiyyə Komitəsində futbol adamlarının az olmasından şikayətlənir, Tahir Süleymanov. Yaşar Seyidov kimi futbol idarəçiliyində böyük təcrübəsi olan şəxslərin komitədə yer almalı olduğunu düşünür. Amma bu adamlaırn namizədliyini verən olmayıb. İcraiyyə Komitəsində futbolla əlaqəli adamları görmək istətdik. Əfsus ki, “icrakom”a namizədləri AFFA-ya üzv Peşəkar Futbol Liqası, Regional Fubol Federasiyaları, Sahə Futbol Federasiyaları və İctimai Futbol Təşkilatları irəli sürüb. İllərdir danışmayıb. bu gün AFFA-nın tənqidçisinə çevrilən İsgəndər Cavadovun özünü rəhbəri olduğu Regional Futbol Federasiyası bir futbol adamının adını namizəd kimi göstərməyib. Halbuki AFFA-ya 2020-ci il seçkilərində İsgəndər Cavadovun Regional Federasiyası “icrakom”a üzv kimi elə Cavadovun özünün və Kazbek Tuayevin namizədliyini vermişdi və qəbul olunmuşdu.

Əgər “icrakom”da Cavadov və Tuayev kimi futbol veteranları yer alıb, illərlə ağzına su alıb oturacaqsa, Azərbaycan futboluna belə futbol adamı lazım deyil. Futbol oynamaqla iş bitmir. Oynamaq ayrı, futbolu idarə etmək, ideya vermək, təfliflər hazırlamaq ayrı. Bunun üçün həm də baş lazımdır. Hamı Frans Bekkenbauer kimi ola bilmız axı.

İcraiyyə Komitəsində yeni yer alan üzvlərdən “Sabah”ın prezidenti Maqsud Adıgözəlov illərdir futbolun içindədir. Bakı Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Təhsil Nazirliyinin sektor müdiri Leyla Xəlilova-Rzazadə, ayrı-ayrı sahələrdə müxtəlif vəzifələr tutmuş Ülvi Mansurov indiyədək aktiv futbol fəaliyyəti ilə məşğul olmadığından, onların AFFA İcraiyyə Komitəsinə seçilməsi birbaşa nizamnamə pozulmasıdır. Amma kimdir bunu nəzərə alan? 7 ildir fəaliyyət göstərməyən AZAL futbol kkubuunn keçmiş prezidenti Zaur Axundovu hansı məqsədlə İcraiyyə Komitəsinə seçiblər? Müəmmalıdır. Güləş üzrə Olimpiya çempionu Fərid Mansurovun da köhnə “icrakom”dan yenisinə keçidi gözlənilmz oldu.

Yeni İcraiyyə Komitəsinin bir özəlliyi də odur ki, bu dəfə tərkibində AGİN nümayəndəsinə ye tapılmadı. Düzdür, nazirlikdən mütləq nümayəndə olmalıdır deyə bir müddəa da yoxdur. Amma uşaq-gənclərlə əlaqəli olduğu üçün həmişə İcraiyyə Komitəsində Təhsil, Gənclər və İdman Nazirliklərinin nümayəndəsi yer alıb. Bu dəfə Təhsil Nazirliyini Leyla Xəlilova-Rzazadə təmsil edir. AGİN-dən isə nümayəndə yoxdur. Əksinə, 2021-ci ilin dekarında nazir Fərid Qayıbovun əmri ilə AGİN-də şöbə müdiri vəzifəsindən azad edilən olimpiya çempionumuza nazirlikdə yer tapılmasa da, futbolda azı qarşıdakı 4 il üçün də yer tapıldı.

İndi Rövşən Nəcəfin komandası dövlətin və ictimaiyyətin etimadını necə doğruldacaq?

Hələ ki, hamı ümidlidir. Lap 2008-ci ildə Elxan Məmmədov futbolda hakimiyyətə sahib çıxanda olduğu kimi. Elxan Məmmədov dönəmi, məncə, AFFA-nın indiki rəhbərliyinə ibrət olmalıdır. Yəqin ki, heç kim adı çəkiləndə kiçikdən böyüyə hamı tərəfindən söyülmək istəməz.

Xebertv.info

Digər xəbərlər

Musabəyovla Naira Zöhrabyanın hansı fərqi var?
İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Azərbaycanlı aktrisanın evindən 120 min AZN oğurlanıb - VİDEO
Ölkəmizdə son sutkada koronavirusdan 25 nəfər vəfat edib
Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu
Prezident və xanımı işgaldan azad edilmiş Ağdam rayonuna səfər etdi - VİDEO
Prezident: "Onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaqdır"
Döyüşün gedişatını dəyişən PUA...
Azərbaycanlıların Xankəndiyə gedən yolda görünməsi erməniləri qorxutdu
İllər sonra 20 min borcunun olduğunu öyrəndi - Video
“Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə ona şəhidlik statusu verilir, amma…” -
Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşüb - FOTO
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
Quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub - VİDEO
İşıqsız qalan Odessada etirazlar başladı, yollar bağlandı
Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi
10 ton ölmüş heyvan əti satan şəxslər saxlanılıb - VİDEO
Məzənnə açıqlandı
Küçədən iki günlük körpə tapıldı — Bakıda dəhşət
Zaqatalada əsgər özünü güllələdi, general hərbi hissəyə yollandı
Bu ərazilər də Azərbaycana qaytarılacaq -  İrəvan şokda
"Bu maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?" - "CAHAN HOLDİNQ" VƏTƏNDAŞI MÜFLİS EDİB
Dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü
Birinci MDB Oyunları başa çatıb
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Mirqafar Seyidovun kürəkəni vəfat etdi
Yoluxanların sayı yenə artdı
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub
Əməkdar artistin başında onkoloji şiş aşkarlandı
{sape_links}{sape_article}