Son dəqiqə
28-04-2024, 12:27
143

“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir

“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
“Masallı Elektrik Şəbəkəsinin əməkdaşları qanunsuz olaraq obyektimə gələn elektrik xəttini kəsmək istəyirlər”

Bu sözləri Masallı rayonu Ərkivan qəsəbə sakini Əliyev İbrahim Nağı oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, nüsxəsi – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova göndərilən şikayət məktubunda yazılıb.

Bir nüsxəsini də daxil olan şikayət məktubunu təqdim edirik:

“Cənab Prezident! Şikayətim Masallı Elektrik Şəbəkəsindəndir. Çıxarışla mülkiyyətimdə olan qeyri yaşayış sahəsinə qonşuluqda yerləşən sahibkara məxsus transformatordan üç fazalı 15 kVt-luq elektrik xətti çəkdirmişəm. Obyektimdə elektrik enerjisi təminatında “güc çatışmazlığı”, işıqların yanıb-sönməsi barədə məlumat almaq üçün 14.02.2024-cü il tarixdə “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi müraciət etdim. Mənə bildirdilər ki, müraciətiniz qeydə alındı. Sizə cavab məktubu gələndən sonra yaxınlaşarsınız. Mənə SMS gəldi və mən yenidən “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə yaxınlaşdım. Burada mənə bildirdilər ki, 995 manat pul ödəyəcəyim təqdirdə tranformatora baxış keçirə bilərlər. Maddi imkanım olmadığından bu istəyimdən imtina etdim. Üzərindən üç ay keçdikdən sonra Masallı Elektrik Şəbəkəsinin əməkdaşları mənə təhdid və təziq altında həmin 995 manat pulu zorla ödətdirmək istəyirlər. Ödəməyəcəyim təqdirdə obyektimə gələn elektrik xəttinin kəsiləcəyi ilə məni hədələyirlər. Açıq-aşkar bildirirlər ki, hara istəyirsən şikayət et, qorxumuz yoxdur. 23.04.2024-cü il tarixində mən təkrarən “Azərişıq” ASC-nin ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi ərizə ilə müraciət edərək 14.02.2024-cü il tarixdəki ərizəmin nəzərə alınmamasını xahiş etdim. Həmin ərizəm dərhal portala yerləşdirilmişdir. Lakin yenə də Masallı Elektrik Şəbəkəsinin əməkdaşları öz qanunsuz əməllərindən əl çəkməyərək mənə əsassız və qanunazidd olaraq obyektimə gələn elektrik xəttinin kəsiləcəyi barədə bildirişlər göndərirlər.

Cənab Prezident! Belə məmurlar sizin siyasətinizin əksinə “xidmət” edən şəxslərdir. Sizdən bir vətəndaş, bir sahibkar olaraq xahiş edirəm, qanun bilməyən, rayonumuzda reket fəaliyyəti göstərərək sahibkarları bezdirən, onları şantaj edən “Azərişıq” ASC-nin əməkdaşları barədə qanuna müvafiq ölçü götürülməsi üçün tapşırıq verəsiniz.”

“Yeni Gundem” olaraq sahibkar tərəfindən ittiham edilən “Azərişıq” ASC-nin mövqeyini dərc etməyə hazırıq.

Xebertv.info

Digər xəbərlər

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Metroda xüsusi karantin rejiminin tələbləri pozuldu
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
“Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Bakıda YAP-ın binası kirayə verildi
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Laçına növbəti köç başladı -
Məktəb direktoru koronavirusdan vəfat etdi
Səddam Hüseynin sağ qolu öldü
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir
Bu yollarda istiqamət dəyişdi
Goranboyda 18 yaşlı oğlan özünü asıb
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib
Bakıda ər arvadını moteldə qətlə yetirdi
ABŞ-da ümumi seçkilər başa çatdı
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Bakıya gətirildi
"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Ölkəmizdə yoluxma və ölüm sayında yeni rekord
Dünya bazarında neft qiymətləri
Röya Dubayda belə əyləndi
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Sabir Rüstəmxanlı AZAL rəhbərliyinə: “Belə qanunsuzluq olar?”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Ali Baş Komandan xalqa müraciət edib - TAM MƏTN
{sape_links}{sape_article}