Son dəqiqə
1-05-2024, 11:46
152

Mərkəzi Bankdan inflyasiya ilə bağlı qərar

Mərkəzi Bankdan inflyasiya ilə bağlı qərar
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır:

“Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2 %) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - AMB bəyan edib.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin martında 12 aylıq inflyasiya 0,4 %, 12 aylıq baza inflyasiya isə 1 % təşkil edib. İllik ərzaq deflyasiyası 1,1 %, qeyri-ərzaq inflyasiyası 1,1 %, xidmətlər inflyasiyası isə 2,2 % olub", - açıqlamada qeyd olunub.

AMB hesab edir ki, aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir:

"Aparılan sorğuların nəticələrinə görə I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0,3 %, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 % enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 % azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin I rübündə 2,7 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

Xebertv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}