Son dəqiqə
9-05-2024, 12:09
180

“Dəmirçi Plaza”da müdirini amansızlıqla GÜLLƏLƏDİ: Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI - VİDEO

“Dəmirçi Plaza”da müdirini amansızlıqla GÜLLƏLƏDİ: Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI - VİDEO
Zaman-zaman ölkədə ağılasığmaz cinayətlərin baş verdiyinin dəfələrlə şahidi olmuşuq. Ailə daxili cinayətlərdən tutmuş tanışını, dostunu, sevgilisini və ya birlikdə yaşadığı qadını qətlə yetirən, müdirini, atasını, qardaşını güllələyən bir çox cinayətin üstü zaman keçdikdə açılıb və şübhəli şəxslərə layiqli cəzalar verilib. Lakin ölkə daxilində baş vermiş elə dəhşətli cinayətlər də var ki, onlar illər, bəlkə də, 10 illər keçsə də, heç bir zaman unudulmur və yaddan çıxmır.

“Bir Ömürlük Faciə” rublikasında zaman-zaman baş vermiş, lakin bu günlərdə xatırlanmayan dəhşətli cinayətləri sizə təqdim edəcək.

2017-ci il yanvarın 9-da Daxili İşlər Nazirliyi Bakının Xətai rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Məlumata əsasən, ayın 7-də “Dəmirçi Plaza”da icarə əsasında fəaliyyət göstərən İraq Hava Yolları şirkətinin ofisində odlu silahdan açılmış atəşlər nəticəsində satış üzrə menecer Əli Ağalı öldürülüb. Həmin gün 37-ci polis bölməsinin əməkdaşları cinayəti törədən Elşən Bəşirovu saxlayıblar.

Təslim olan şirkətin sürücüsü 1989-cu il təvəllüdlü Elşən Bəşirov orada satış meneceri işləyən Əli Ağalıya odlu silahla bir neçə dəfə atəş açaraq onu qətlə yetirdiyini bildirib. Xətai rayon prokurorluğunun əməkdaşları Məhkəmə Tibbi Ekspertizası və kriminalistlərin iştiraki ilə hadisə yerinə baxış keçirilib. Hadisə yerindən qan nümunələri və digər əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə Tibbi Ekspertizasının rəyinə görə, Əli Ağalını öldürən odlu silahdan açılmış atəş nəticəsində kəllə sümüklərinin sınığı və beynin dağılması səbəb olub.

Yanvarın 8-də DİN Bakıda biznes mərkəzində törədilmiş qətllə bağlı məlumat yayıb. İstintaqla müəyyən edilib ki, yanvarın 6-da İraq Hava Yolları rəsmi nümayəndəliyinin fəaliyyət göstərdiyi Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki olaraq icraçı direktoru vəzifəsini icra edən 1993-cü il təvəllüdlü Əli Ağalı və nümayəndə vəzifəsində işləyən Natiq Əliyevlə birlikdə özünə məxsus “Toyota” markalı avtomobillə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedərkən Elşən Bəşirov Əli Ağalıdan hava limanında bilet satışı məntəqəsinin arxasında onun dayanmamasını deyib-deməməsini soruşduqda sonuncu sözü dediyini etiraf edib.

Bu cavabı aldıqdan sonra o qəflətən avtomobili “Xocalı prsopekti-14” ünvanında yerləşən şadlıq sarayının qarşısında saxlayıb. Qabaq oturacaqda əyləşən Əlinin yaxasında tutub zorla dartaraq maşından düşürüb. Onun üz nahiyəsinə yumruqla bir zərbə endirib. Ağalı özünü müdafiə etmək məqsədi ilə Elşənə təbik zərbələri vurub. Həmin gün saat 20 radələrində yaşadığı Nərimanov rayounu Yusif Vəzir Çəmənzəminli küçəsi ev 7, mənzil 43-ə gələrək ordan 2015-ci il tarixli saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmiş 12 kalibirli ov tüfəngini və 35 ədəd patronu gizli yolla götürüb avtomobil yük yerinə qoyub.

Ayın 7-si səhər evdən çıxaraq Yasamal rayonu “Mətbuat prospekti 29” ünvanında fəaliyyət göstərən Ovçu mağazasına gəlib ordan hər birinin içərisində 25 ədəd olan 2 kutu patron alaraq ağır cinayəti törtəmək üçün hazırlıq edib. Saat 11 radələrində işlədiyi ofisə gələrək Əli Ağalını öldürmək üçün əlverişli məqam gözləyib. 1 saatdan sonra icraçı direktoru mühasibatlıq otağında görüb. Aqressiv hərəkətlərilə öz üstünlüyünü ətrafdakı şəxslərə nümayiş etdirmək məqsədi ilə qapını təpiklə açaraq otağa daxil olub. Otaqda kənar şəxslərin olmasına baxmayaraq Əli Ağalıya silahdan 5 dəfə atəş açaraq onu amansızlıqla qətlə yetirib./Referans.az /



Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}