Son dəqiqə
9-05-2024, 13:19
94

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım ödənildi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım ödənildi
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsidir.

Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına laqeyd münasibət yaransa da, xalqımızın çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyulub. Həmin vaxtdan İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə, 9 May - Qələbə gününün də ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanıb.

Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsi sahəsində tədbirlər ildən-ilə daha da gücləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib. Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ilə təmin olunurlar və ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb.

Xüsusilə son beş ildə ardıcıl sosial islahatlar aparılmaqla, müavinət və təqaüd ödənişlərinin 5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə artmasına nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyinatı zamanı pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Dövlətimizin başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.

Bu il də 2 may 2024-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir. Həmin birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə dəfələrlə artırılıb.

İkinci Dünya müharibəsi iştirakçılarının, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.

Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}