Son dəqiqə
12-05-2024, 16:57
150

Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq

Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
Son vaxtlar ailədaxili münaqişə nəticəsində öldürülən qadınların sayı xeyli artıb. Bir çox hallarda qətl hadisəsinə səbəb zərif cins nümayəndələrinin xəyanəti göstərilir. Təəssüf ki, məhkəmə araşdırmalarında bunu sübut edən kifayət qədər dəlil ortaya qoyulur.

Ərli qadınların xəyanətə meyl etməsinə dəbəb nədir?

Psixoloq Vüsalə Rüstəm açıqlamasında deyib ki, xəyanətin cinsi olmur. Onun sözlərinə görə, xəyanət edən adamları kişi və qadına, evli və subaya,ərli və ərsizə bölmək doğru yanaşma deyil: "Xəyanət şəxsin psixo -emosianal vəziyyətində sönüklük və bədbinlik yarandıqda atdığı düşünülmüş addımdır. Kim desə ki, qəfil oldu, bilmədən səhv etdim, buna inanmayın, yalandır. Şəxsin həyatında rəngsizlik, boşluq və sönük bir dönəm olur. Qarşı tərəfdən qayğı və və sevgi ala bilmir, ya da zaman keçdikcə aldığı sevgi və qayğı onun üçün yetərli olmur. O zaman həmin çatışmamazlığı kənarda axtarmağa başlayır. Kimdənsə bir az xoş münasibət, ünsiyyət gördükdə həmin tərəfə meyllənir. Belə hal doğrudurmu? Xeyr! Xəyanət bitmiş evliliklərin süni tənəffüs aparatına qoşulmasına bənzəyir. Öz aləmində bununla öz evliliyini qoruyur, həyatına rəng qatır və s.".

Vüsalə Rüstəm bildirib ki, normal sivilizasiyalarda bitmiş evliliyi xəyanətlə uzatmaq və davam etdirmək heç kimin ağlına gəlmir: "Bunun sivil yolu var, bitirsə getməlisən! Şərqdə qadınlar getmək məsələsini ərinə izah edə bilmirlər və bu çox vaxt ölümlə nəticələnir. Ona görə də belə şeylərdən qorxan, daha doğrusu, tənələrdən qorxan insanlar ən pis və təhlükəli yolu - xəyanəti seçir. Sonda yenə də ər xəbər tutub öldürür".

Psixoloq qeyd edib ki, Şərqdə qadının hissləri çox da önəm daşımır: "Bizim coğrafiyada qadının bütün hissləri qapalıdır. Hətta ən pis adamla evli olsa da, susub durmalıdır. Bəziləri isə susmur, nəticə də göz qabağındadır. Ölüm,fiziki zorakılıq və s. Təəssüf ki, Şərq qadını hələ uzun müddət bu taleyi yaşamalı olacaq".

Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}