Son dəqiqə
Cəmiyyət
13-05-2024, 13:23
95
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
![Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü](/uploads/posts/2024-05/1715592138_41.jpg)
Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)
Xebertv.info