Son dəqiqə
Sosial
17-05-2024, 12:04
189
Bakıdakı bu yaşayış binaları SÖKÜLƏCƏK - Artıq hər şey hazır: Ünvandan görüntülər - FOTO
![Bakıdakı bu yaşayış binaları SÖKÜLƏCƏK - Artıq hər şey hazır: Ünvandan görüntülər - FOTO](/uploads/posts/2024-05/1715932830_14.png)
Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.
Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.
Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.
Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.
Yaxın günlərdə söküntünün başlanılacağı ərazidən görüntüləri təqdim edirik:
![](/uploads/posts/2024-05/1204789_1.jpg)
![](/uploads/posts/2024-05/1204789_2.jpg)
![](/uploads/posts/2024-05/1204789_3.jpg)
![](/uploads/posts/2024-05/1204789_4.jpg)
Xebertv.info