Son dəqiqə
İdman
18-05-2024, 12:29
135
AFFA rəhbərliyi bu komandaları Qurban Qurbanova TAPŞIRDI
![AFFA rəhbərliyi bu komandaları Qurban Qurbanova TAPŞIRDI](/uploads/posts/2024-05/1716020772_35.jpg)
AFFA rəhbərliyi aşağı yaş qrupları üzrə yığmaların kurasiyasını kimə tapşıracağını müəyyənləşdirib.
Onlara nəzarət Qurban Qurbanova tapşırılıb.
İcraiyyə Komitəsinin üzvü olan «Qarabağ»ın çalışdırıcısı bu komandalara görə məsuliyyət daşıyacaq. Söhbət U-15, U-16, U-17, U-18 və U-9 millilərindən gedir.
Təcrübəli mütəxəssisə adıçəkilən yığmalara məşqçi seçimi etmək səlahiyyəti verilib. Yəni ki, Qurbanov kimləri məsləhət bilsə, onlar da sükan arxasına keçəcək.
Xebertv.info