Son dəqiqə
21-05-2024, 09:47
236

Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI

Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində bıçaqlanma hadisəsinin baş verməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur.

1997-ci il təvəllüdlü Elnaz Sadıqova bıçaq xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Bu barədə xəstəxanadan ərazi üzrə 3-cü Polis Şöbəsinə məlumat verilib. Qadının ağır bədən xəsarəti alması faktına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyatdan sonra narkoz vəziyyətində olduğundan zərərçəkmişin dindirilməsi mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən müəyyən olunub ki, hadisə Nazim Quliyevə məxsus Binə qəsəbəsi, Bakavtomat yolu, dalan 3 ünvanında yerləşən ikimərtəbəli evdə baş verib.

Hadisəni törədən Sultan Feyzullayev 1990-cı ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.



Sentyabrın 10-da stasionar müalicədə olan Elnaz Sadıqova xəstəxanada ölməsi ilə əlaqədar cinayət işi istintaqın davam etdirilməsindən ötrü Xəzər rayon Prokurorluğuna göndərilib. Sultan Feyzullayevin əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, sentyabrın 8-i saat 13 radələrində Binə qəsəbəsində, kirayə yaşadığı evdə Sultan Feyzullayev qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən, üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə 4 dəfə zərbə vurub. Ağır yaralanan qadın 2 gündən sonra müalicə aldığı Sabunçu Tibb Mərkəzində dünyasını dəyişib.

Məhkəmə iclasında Sultan Feyzullayev ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib ki, 7-8 ilə yaxındır taksi fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Elnaz Sadıqova ilə tanış olub:


Sultan Feyzullayev

“Həmin vaxtdan da onunla görüşməyə başladıq. Ərindən boşanan Elnaz bir müddətdən sonra fikrinin ciddi olmasını və mənimlə ailə qurmaq istədiyini deyəndə, ona ailəli olduğumu bildirdim. Elnazın anası Elmira Sadıqovanın razılığı ilə qızı ilə molla kəbini kəsdirdim. Qadının bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəyirdim. Həm Elnazla, həm də rəsmi nikahda olan arvadım Pərvinlə yaşayırdım. Təxminən 2 ildən sonra Elnazın anası qızı ilə münasibətlərimi rəsmiləşdirməyimi istədi.

Elnaz mənim telefonumla arvadım Pərvinə zəng vurub, aramızda olan münasibət barədə danışdı. Buna görə də Pərvin uşağı götürərək, küsüb evdən getdi. Arvadıma Elnazla münasibətlərimi kəsəcəyimi söz verdiyim üçün, Pərvin mənə inanaraq, evə qayıtdı. Sentyabrın 7-də Elnaz zəng vuraraq, rayona getmək istədiyini və artıq mənimlə bir yerdə yaşamaq istəmədiyini söyləyəndə, buna etirazımı bildirdim. Ayın 8-də evinə gedib söhbət edəndə, Elnaz Pərvinin ünvanına nalayiq ifadələr işlətdi. Sən pozğun Pərvini saxlayarsan, mən də özüm qəşəng ailə quraram dedi. Kobud şəkildə çıxıb getməyimi tələb etdi. Bu sözlərdən sonra nə etdiyim yadımda qalmayıb. Xatırlayıram ki, üzərimdə olan bıçağı çıxarıb, qadına zərbələr endirdim. Anası içəri girəndə Elnaz çölə çıxdı, qışqıraraq qonşuluqda yaşayan Elçin Novruzovu köməyə çağırdı. 3-cü şöbədə işləyən qonşum Kamrana zəng edib, məlumat verdim”.4


Elnaz Sadıqova

Sultan Feyzullayev əlavə edib ki, Elmira Sadıqovanın, guya Elnazı onun yanında bıçaqla vurması haqda ifadəsi həqiqətə uyğun deyil. Hadisə vaxtı evdə kənar şəxs olmayıb. Elnaza bıçaqla xəsarətlər yetirərkən anası küçədə, avtomobilin yanında dayanıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elmira Sadıqova ifadəsində göstərib ki, əvvəl Sultan Feyzullayevin evli olmasını bilməyib:

“Sonradan Sultan qızıma Röya adlı xanımla evli olub boşandığını, ikinci dəfə Röyanın qohumu Pərvinlə evləndiyini bildirib. Sultan, İslam dinində çox arvad almağın heç bir problemi yoxdur, əgər Pərvin bizim nikahdan xəbər tutub səni qəbul etməsə, ondan ayrılacağam demişdi. Elnaz Sultanı çox sevirdi, əvvəl etiraz etsəm də, sonradan onların qeyri-rəsmi ər-arvad kimi yaşamaqlarına razı oldum. Sultan Elnazı mütəmadi döyürdü. Qızıma dəfələrlə səhv yolda olduğunu başa salıb ayrılmasını məsləhət görsəm də, Elnaz məni dinləmədi. Axırıncı dəfə, avqustun 25-də evdə Sultan Elnazın burnunu yumruqla vuraraq, sındırdı. Qızım polislərə hamamda yıxıldığını və şikayəti olmadığını bildirdi.



Pərvin Feyzullayeva ilə Elnaz Sadıqova arasında qısqanclıqla bağlı yazışmalar, narazılıq və sair xarakterli SMS-lərin olması müəyyən edilib.

Son sözündə Sultan Feyzullayev törətdiyi əməldən çox peşman olmasını qeyd etməklə, məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Sultan Feyzullayevin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsiin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Sultan Feyzullayev 9 il müddətinə azadlıqdan məhrum olunub.

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -