Son dəqiqə
22-05-2024, 21:37
143

İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənildi

İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənildi
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror çıxışında apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

Daha sonra çıxış edən zərərçəkmiş tərəfin vəkili isə təqsirləndirilən İlkin Süleymanova verilən cəzanın ağırlaşdırılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri gələn prosesdə çıxış edəcəklərini bildiriblər.

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib. Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib. Baxış iclasında zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb. Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub./APA

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu