Son dəqiqə
Dünya
22-05-2024, 21:43
137
Rusiyada FHN-nin rayon şöbəsinin rəisi rüşvətxorluqda şübhəli bilinir
Sankt-Peterburqun İstintaq Komitəsi Fövqəladə Hallar Nazirliyinin şimal paytaxtının Kurortnı rayonundakı 37 yaşlı rəhbərini 50 min rubl məbləğində rüşvət almaqda şübhəli bilib.
Bu barədə SK Telegram kanalında məlumat verilib .
Faktla bağlı şübhəli şəxs barəsində cinayət işi başlanıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşına qarşı ittiham irəli sürülməsi və qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir.
Müstəntiqlərin fikrincə, həmin şəxs kommersiya strukturunun nümayəndəsindən yanğınla bağlı istintaq materialı əsasında cinayət işinin başlanmasından imtina barədə qərar çıxardığı üçün rüşvət alıb. Hazırda müstəntiqlər cinayətin tam mənzərəsini bərpa etmək və sübut bazasını formalaşdırmaqla məşğuldurlar.
Xebertv.info