Son dəqiqə
22-05-2024, 21:56
110

Sabiq MSK üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması qaydası dəyişir

Sabiq MSK üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması qaydası dəyişir
Sabiq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması qaydası dəyişir.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası MSK üzvünün, habelə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) təyin edilən pensiyanın məbləğinin hesablanması metodu tam aydın deyildir. Belə ki, qeyd olunan şəxslər səlahiyyət müddətini tam yerinə yetirərsə, pensiya yaş həddinə çatdıqda və ya orqanizmin funksiyalarının 81 - 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, hazırda fəaliyyətdə olan MSK üzvlərinin və Ombudsmanın aylıq əməkhaqqının 80%- miqdarında yaşa görə əmək pensiyası təyin edilir.

Lakin sabiq Mərkəzi Seçki Komissiyasının üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələr hesablanarkən orta aylıq əmək haqqı fəaliyyətdə olan MSK üzvünün və Ombudsmanın son 12, 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqına uyğun müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı müddəa mövcud deyil. Bundan əlavə, MSK üzvlərinin əmək haqlarının məbləği fəaliyyətlərinin bütün dövrləri üzrə sabit vəzifə maaşı və əlavələrdən ibarət deyil, çünki, ölkədə seçkilərin keçirildiyi və ya başqa vaxtlarda onlara fərqli məbləğdə mükafatlar ödənilir. Eyni zamanda, fəaliyyətdə olan MSK üzvlərinin əməkhaqqı əsas götürüləcəyi təqdirdə onların əməkhaqlarının mükafatlandırma ilə əlaqədar hər dəfə dəyişdikdə pensiyaçıların da pensiya məbləğləri yenidən hesablanmalıdır. Belə olduğu halda isə göstərilən qaydada pensiyaların hər ay yenidən hesablanması, yəni artırılması və ya azaldılması mümkün deyil.

Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasına vahid yanaşma tətbiq olunacaq.

Bundan əlavə, layihəyə əlavə edilmiş keçid müddəaya əsasən həmin şəxslər bu Qanunun qüvvəyə mindiyi tarixədək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrdə nəzərdə tutulmuş sığorta stajını topladığı halda onlara əvvəlki normalar tətbiq olunacaq.

Bu dəyişiklik də Qanunun 20-ci maddəsində yarım maddələr arasında uyğunluğu təmin edəcək və hər hansı əlavə maliyyə yükü yaratmayacaq.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu