Son dəqiqə
İdman
23-05-2024, 10:21
151
"Onlar bizdən yaxşı oynadılar" - Xabi Alonso
"Atalanta"nı təbrik etməliyik. Onlar bu gün bizdən yaxşı oynadılar".
Bu sözləri Avropa Liqasının finalında Berqamo təmsilçisinə 0:3 hesabı ilə uduzan "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso deyib.
İspaniyalı mütəxəssis ağır yenilgi barədə fikirlərini oyundan sonra keçirilən mətbuat konfransında bölüşüb:
"Biz öz oyunumuzu sərgiləyə bilmədik. Onlar isə intensiv çıxışla diqqət çəkdilər. Matça yaxşı köklənsək də, problemlərimiz var idi. Qol vəziyyətləri yarada bilmədik".
Xebertv.info