Son dəqiqə
25-05-2024, 11:58
175

“O vaxt biz gizlədirdik, amma indiki qızlar...” - Psixoloqdan AÇIQLAMA

“O vaxt biz gizlədirdik, amma indiki qızlar...” - Psixoloqdan AÇIQLAMA
Son vaxtlar tələbə qızların arasında nişanlananların, ailə həyatı quranların sayı xeyli artıb. Bu hal tədris prosesinə necə təsir edir? Bununla bağlı hər hansı bir məhdudiyyət tətbiq etmək olarmı?

Bu mövzuda psixoloq Aytən Ələkbərova Yenisabah.az-a açıqlama verib: "Çox təəsüflər olsun ki, biz hazırda məktəblərdə bunu daha çox müşahidə edirik. Ən böyük səbəblərdən biri odur ki, 9-cu sinifdən sonra repititor yanına gedən qızlarımız birdən-birə böyüyürlər. Hazırlığa gedən qızlarımız 10-cu və 11-ci sinifdə məktəbə getmirlər. Getmədikləri üçün də uzun dırnaqlardan, müxtəlif boyalardan istifadə edirlər. Nəticədə həddən artıq böyük görünürlər".

Ekspert bəzən 18-19 yaşlı qızların 2-3 oğlanla münasibəti ola bildiyini deyib: "Dost, sinif yoldaşı və ya tələbə yoldaşı olmalıdır. Bunlar hər yaş dövründə insana lazımdır. Amma sevgi münasibətlərində onlar çox tez addım atırlar. Buna səbəb informasiyannı çoxluğu və gənclərin yeniyetmə dövründə idarə olunmamasıdır. Buna isə birbaşa evdə valideynlər və məktəbdə psixoloqlar nəzarət etməlidirlər".

Ekspert əvvəlki dövrlərə baxdıqda indiki yeniyetmələrin öz fikirlərini çox rahatlıqla ifadə edə bildiyini vurğulayıb:

"Görürük ki, hər şey Avropadakı kimi açıq-aşkardır. O zamanlar biz gizlədə bilirdik, utanırdıq. Amma indi 14-15 yaşlarından sonra hər şeyə özlərini hazır hiss edirlər. "Mən uşaq deyiləm, mənim öz həyatım, hüquqlarım var. Mən istədiyim zaman ailə qura bilərəm" deyirlər. 16-17 yaşındakı qızlar "Biz ailəyə hazırıq" deyə sanki üsyan edirlər. Amma cinsi hazırlığın olması ailəyə hazır olmaq demək deyil".

A.Ələkbərova erkən evliliklərin, boşanmaların dərs gedişatına birbaşa təsir göstərdiyini bildirib: "Ali məktəbə qəbul olan bir çox qızlarımız ailə hayətı qurduğundan dərslərini çatdıra bilmirlər. Buna görə onlar ali məktəbdən uzaqlaşırlar, təhsillərini "dondururlar". Qurduğu ailə ilə öz xəyallarındakı həyata uyğun olaraq yaşıya bilmədikləri zaman sanki birdən "oyanırlar". Belə olduğu zaman da "Mən ayrılıram. Öz ayaqlarımın üzərində duracam və öz kariyeramı quracam" deyirlər. Sonra da yenidən ali məktəbə getmək istəyirlər". Nəticədə arada bir neçə il itir, bir çox planlar yarımçıq qalır".

Xebertv.info

Digər xəbərlər

Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər - FOTO
Sabah qeyri-iş günüdür? - AÇIQLAMA
Universitet yataqxanasında yanğın: 45 nəfər təxliyə edilib - YENİLƏNİB
Azərbaycanda daha 558 nəfər COVID-19-dan sağalıb, 396 nəfər yoluxub, 6 nəfər vəfat edib
Lənkaranda 17 yaşlı oğlan süni göldə batdı
Milli Məclisdə payız sessiyasının ilk iclası keçiriləcək. Deputatlar nəyi müzakirə edəcək?
Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"
Lider TV bütün əməkdaşlarını işdən çıxardı
Müdafiə Nazirliyi hüququ olmadan hərbi forma geyinənlərlə bağlı məlumat yaydı
DİN karantin postlarındakı vəziyyəti açıqladı
Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: “Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq”
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Təhsil müəssisənin direktoru DƏYİŞDİRİLDİ – YENİ TƏYİNAT ( FOTO)
İmadəddin Nəsimiyə həsr olunan nəşrlərin təqdimatı keçirilib
Sabirabadda mərkəzi küçədə ağaclar məhv edilir -
Deputat Feyziyev - adi “Mauqli” banderloqu
Valideynlər məktəbli forması almaqda maraqlı deyillər
“Lotu Quli”nin dəstəsinə qardaşı başçılıq edəcək
Bu vətəndaşlarımızın gözlədiyi möhtəşəm xəbər gəldi – Millət vəkilindən açıqlama
Tanınmış iş adamı koronavirusdan vəfat etdi
Ermənilər növbəti itkilərini açıqladı
Fransa Mətbuatı: "Ermənistan Qarabağa Yaxın Şərqdən silahlılar gətirib”
Prezident transseksualı öldürən hərbçini əfv etdi
Azərbaycanda partiya sədri barəsində cinayət işi başlandı - 100 minlik dələduzluq
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
Zəngəzurda gərginlik: Xüsusi təyinatlılarımız 50 ermənini mühasirəyə aldı