Son dəqiqə
25-05-2024, 21:10
96

Coşqun Rəhimov vəfat edən anasından danışıb ağladı

Coşqun Rəhimov vəfat edən anasından danışıb ağladı
"2010-cu il, həyatımda silinəsi gün, ay olmadı. Həyatımın geri dönüşü idi. Ağrılarım olurdu, yoldaşım məni məcbur etdi ki, həkimə gedək. Bir gün başımı aldadıb apardılar, biopsiyə getdi. Bilirdilər nədir, amma demirdilər. Cavab gəldi, adını dedilər, amma anlamıram nədir. Başqa bir həkim baxdı, dedi, xərçəngdir, sabah gəl, xəstəxanaya yatmalısan. Dedim, gələ bilmərəm, dostumun toyudur. Getdim toya, dedim, güldüm, əyləndim".

Bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Astar" yutub layihəsində deyib. Xərçəngdən müalicə olunan aktyor yaşadıqlarını danışıb:

"Səhəri ağır bir əməliyyata gedəcəkdim. Evdə halallaşdım, vəsiyyətimi etdim, evdəkiləri hazırladım. 120 şiş bir bədəndən asanlıqla çıxmadı. 2 saat planlaşdırılırdı, 13 saat əməliyyatda qaldım. Həyatsevər, heç nədən özümü xoşbəxt edən insanam. Əməliyyata gedəndə yoldaşıma dedim ki, heç kimə demə. Deyin ki, sadəcə, zobdur. Üzüm yarıya kimi soyulmuşdu. 220 tikiş, 120 şiş... Reanimasiyada məni yatızdıra bilmədilər. 14 ildir dərman içirəm, hər 3 aydan bir müayinəyə gedirəm. 5 il sonra yenidən əməliyyat oldum. İzmirdə yod içməyə getdim. Onu içməzdən əvvəl pəhrizə oturmalısan, bədəndən duz, başqa qidalar çəkilir. Bədəndə işıq kimi yanır, sonra duza imkan verirlər. 1 ay evdəkilərlə təmasda olmamalısan".

Bir müddət əvvəl anasını itirən C.Rəhimov göz yaşlarını saxlaya bilməyib:

"Atama çox çətindir. Valideynin yaşı olmur. Anamın ölümü bizə həyatı başa saldı. Zəng etdilər ki, gəl, hallaşmaq istəyir. İnanmırdım, getdim... Hamı ilə hallaşdı. Tərkidünya idi. Dedi, bir az uzanım. Qıymırdıq onu qibləyə uzadaq. Dedi ki, get filan yerdə filan şey var, gətir, yaylığı böl birini çənəmə, birini ayağıma bağlayın. Bizi o qədər bərkitdi ki, qışqırmayın, ayıbdır. Evdə çox adam var idi. Amma halallaşanda yanında yoldaşı, övladları, gəlini idi. Anamın 15-16 nəticəsi var. Elə şərait yaratdı ki, kimsə hansısa işin arxasınca getdi. Anacaq öz uşaqlarına ölümünü göstərdi, dilində Allah sözü ilə canını tapşırdı. Elə bil bütün ağrılarımı apardı. Mənim dünyam o idi. Özüm də babayam, amma... Atam üçün çox çətindir. Deyir, şəkillərini götürün, nəsə axtarır bütün günü evdə".



Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu