Son dəqiqə
27-05-2024, 11:05
151

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı icra olunub

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı icra olunub
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub.

"Report" xəbər verir ki, sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 10,16, 17 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

14:11

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müsəssisəsində icra edilib.

"Report"un məlumatına görə, müəssisədən əfv sərəncamında adı göstərilən bir nəfər məhkum azad edilib.

Penitensiar Xidmətin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov jurnalistlərə bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası, gələcək azadlıq həyatlarını islah olunmuş şəkildə düzgün qurmaları üçün də mütəmadi tədbirlər həyata keçirilir.





Xebertv.info

Digər xəbərlər

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin edib
İlham Əliyev: “Mən hər gün özümə bu sualı verirəm”
Məktəb direktoru Vətən müharibəsində şəhid olub
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)
Nazir əmr imzaladı: Azərbaycanda yeni peyvənd...
Bu ərazilərdə işıq olmayacaq
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verib
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
DƏHŞƏT! Azərbaycanlı yeniyetmə 10 yaşlı uşağı GÜLLƏLƏDİ
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi
Murad Muradov vəfat etdi
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı
Gürcüstan Ermənistan ərazisinə hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoydu
MN: “Su-25 təyyarəmiz vurulmayıb”
İlham Əliyev Xocalıda - VİDEO
Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Kəlbəcərin Zar kəndinin görüntüləri
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı
Nemət Pənahlının avtomobilini cərimə meydançasına apardılar -
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Bizim dairəni şəxsi nəzarətinizə götürün"
Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTO - VIDEO
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
Stolbenberqin Kalininqradla bağlı Rusiyaya xəbərdarlığı