Son dəqiqə
2-06-2024, 20:58
179

"Ölümündən 6 ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

"Ölümündən 6 ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"
"Aktyor var ki, Xalq artistidir, oynadığı rolların sayı-hesabı yoxdur, amma yaddaşlarda qalmayıb. Aktyor da var ki, bir rolu ilə tanınıb və bu gün də sevilir. Mənim atam da həmin aktyorlardan olub. Baxmayaraq ki, uzun müddət teatrda fəaliyyət göstərib, amma "Bəyin oğurlanması" filmindəki Ələsgər rolu ilə bu gün də tamaşaçılara xatırlanır. Halbuki o filmdə də epizodda oynayıb. O, elə bir sənətkar olub ki, rolları onu hər zaman yaşadıb və yaşadacaq. Adı hər zaman mənə dayaq olub, köməyimə gəlib".

Bunu açıqlamasında Əməkdar artist, mərhum sənətkar Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.

Aktyorun oğlu bildirib ki, atası insanlarla daim sıx əlaqədə olub:

"İnanın, biz şəhərə çıxanda hamı gəlib başına yığışırdı. Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi. Xalqın içərisində olan adam idi. Xəstəliyi ilə bağlı onu İrana müalicəyə aparmışdıq. Bir də gördük ki, otelin qarşısında nə qədər sevənləri gəlib. Eşidiblər ki, Ələsgər Məmmədoğlu İrandadır, sevinərək otelə gəliblər. "Bəyin oğurlanması" filmindəki "Ay Ələsgər" səsini maşınlara siqnal əvəzi qoymuşdular. Bilirdilər ki, harada yaşayır, binamızın qarşısından keçəndə bilərəkdən həmin siqnalı səsləndirirdilər. Bir dəfə də taksiyə minib. Sürücü həmin siqnalı verib. Atam irad tutub ki, niyə qəfil siqnalı verib, insanları qorxudursuz? Sürücü deyib ki, mən o siqnala 300 manat pul vermişəm. Atam zarafatca deyib ki, mənə 150 manat verərdiniz, sizin üçün deyərdim də".

Ceyhun Məmmədov deyir ki, atası üçün heç vaxt rolun böyüyü-kiçiyi olmayıb.

"O illərdə bilirsiniz ki, tanınmaq, sevilmək çətin idi. Çünki hər biri peşəkar sənətkarlar idi. Onların içərisində baş çıxarmaq müşkül məsələ idi. Amma atam bunu bacarmışdı. Həmişə deyirdi ki, sənətimi təmənnasız sevirəm, hətta pul verməsələr belə səhnəyə çıxıb oynayaram. Fəaliyyəti boyu daha çox epizodik rollar oynamasına baxmayaraq heç vaxt şikayət etməzdi. Hətta şükür edirdi. Onun son videosu var, gəlib teatrda dostları ilə görüşür. Sanki ürəyinə dammışdı ki, o sonuncu dəfə onları görür.. Sənət yoldaşlarından biri ondan soruşur ki, nə demək istərdin dostlarına? Deyir ki, çalışın xəstələnməyin, sağlam olun. Biz onun həmin görüntüsünə baxa bilmirik” deyə sənətkarın oğlu bildirib.

Ceyhun Məmmədov atasının arzularından da danışıb.

"Həmişə deyirdi ki, kaş sənin toyunu görərdim. Biz övladlarından nigaran getdi. Xəstə olanda da ona demədik ki, xəstəsən. Xəstəliyini ondan gizlətdik, amma hiss edirdi. 40 günün içində çəkdi. Həmişə soruşurdu ki, sağalacam? Deyirdik ki, hə, 40 günə sağalacaqsan. İrana apardıq onu, orda da dedilər ki, artıq gecdir. Ölümündən 6 ay əvvəl müayinədən keçmişdi, hər şey yaxşı idi. Bu bizə hələ də qaranlıq qalır. Danışa-danışa, gülə-gülə keçindi” deyə sənətkarın oğlu bildirib.

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -