Son dəqiqə
3-06-2024, 16:41
161

Sosial yardımla bağlı sevindirici xəbər - Bu yenilik edildi

Sosial yardımla bağlı sevindirici xəbər - Bu yenilik edildi
Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub.

Bu barədə nazirikdən məlumat verilib. Qeyd olunub ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq:

Ailə üzvlərinin

- pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları,
- əmək haqqı üzrə gəlirlər,
- tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları,
- daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması,
- kommunal xərcləri, telefon nömrələri və xərcləri,
- sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması,
- əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi,
- özünüməşğulluq proqramı üzrə müqavilənin olması,
- 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.

Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq.

Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq.

Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq.

Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, həmçinin yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşlar tərəfindən müraciətlərin olunması zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət edir.

Vətəndaşlar “Digital (ASAN) Login”i heç yerə getmədən və sənəd toplamadan digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.

Xebertv.info

Digər xəbərlər

Güclü külək, dolu və leysan olacaq - XƏBƏRDARLIQ
11 rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək - SİYAHI
Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları həyata keçiriblər
Gəncədə maşın vurdu, Bakıda öldü
MƏNİ 9 AYDIR YURDUMA HƏSRƏT QOYAN "QANUNLARINIZA" ETİRAZ EDİRƏM! VİDEO
Bu mundarlığı da ancaq ermənilər edə bilərdi: Cəbrayılda dəhşətli mənzərə - VİDEO
Rio-de-Janeyro meri həbs edildi
Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində - VİDEO
Fransada təqaüd islahatına qarşı tətil və nümayişlər.
“Qapıları bağlayıb oturublar içəridə, deyirlər, uşaq yazıçısı yoxdur" - ETİRAZ
Əzimzadə Əzim Aslan oğlu
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
Şuşaya alternativ mənbədən içməli su çəkilir
Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib
Müalicəni xəstəxanada, gecəni başqa yerdə keçirir - Əli Həsənov Əbu-Dabidə..
Restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılır
Səttar Möhbalıyevin oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ -
Tibb müəssisələrində müalicə olunan yaralı hərbçilərimizin sayı açıqlanıb
Oqtay Şirəliyevlə bağlı ilginc iddialar (FOTO)
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO
İlham Əliyev Türkiyənin Xarici İşlər və Milli Müdafiə nazirlərini qəbul edib- FOTO
Sevinc Telmanqızı:"Biri o  Cavanşir Feyziyev adlı Londonda yolunmuş qaza xatırlatsın ki...
Gürcüstanda hakim partiyanın sədri siyasətdən uzaqlaşdı
Prezident bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi
Keçən il ölkədə baş vermiş yanğınları sayı açıqlandı
Azərbaycanda dəhşət: iş adamı məktəbli oğlana cinsi təcavüz ETDİ - HƏBS EDİLDİ
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Cahangir Əsgərova şok ittiham: - “Xalqın pulu ilə Moskvada qumar oynayır“