Son dəqiqə
5-06-2024, 19:45
84

Parlament ölkənin gözlədiyi qərara hazırlaşır

Parlament ölkənin gözlədiyi qərara hazırlaşır
Partiyalar isti aylarda seçki kampaniyasına hazırdırmı?; Etibar Məmmədov: “Parlamenti oyuncaq vəziyyətdən çıxarıb işlək hala salmaq gərəkdir”

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər. Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Gözlənilir ki, parlament maksimum 3 və ya 4 növbədənkənar sessiya keçirəcək. Sonuncu iclasda isə özünün buraxıldığını elan edəcək.

Milli Məclisin buraxılması Daxili Nizamnamənin 23-2 maddəsi ilə tənzimlənir. Həmin maddədə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə isə Milli Məclisin özünü buraxmaq və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət etmək səlahiyyəti var.

Qeyd edək ki, Milli Məclis son olaraq 2009-cu ilin 9 dekabr iclasında Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətinə əsasən belə bir qərar vermişdi. Bundan sonra isə Konstitusiya Məhkəməsinin Plenumu hesab etdi ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət etməsi konstitusiyanın 98-ci maddəsinə uyğundur.

Gözlənilir ki, bu dəfə də YAP çoxluğu belə bir müraciət edəcək və növbədənkənar seçkilər üçün Prezidentə müraciət edəcək. Əsas səbəb kimi isə noyabr ayında keçiriləcək COP29-a hazırlıq göstərilə bilər. Ehtimal edilir ki, seçkilər ya avqustun son həftəsi və ya sentyabrın 1-nə təyin edilə bilər.

Bəs siyasi partiyalar qızmar yay fəslində seçki kampaniyasına hazırdırmı?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, seçki günü hətta sentyabrın sonlarına da təyin edilsə, seçki kampaniyası isti vaxtlara düşəcək: “Çünki sentyabr da isti aydır. İsti yay aylarında seçki keçirilməsinin müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, qızmar yay aylarında insanlar tətildə olur, istirahətə gedənlər olur, yaşayış yerini dəyişənlərin sayı çoxalır. Müsbət tərəfi isə odur ki, gün uzun olur, qar-çovğun olmur, insanlar evlərinə qapılmırlar, binaların həyətlərində olurlar, onlarla açıq havada ünsiyyətə girmək, imza toplamaq daha asan olur. Biz hər fəsildə seçkiyə hazırıq. Kifayət qədər seçki təcrübəmiz var”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Milli Məclisin sessiyasının sonuncu iclasında sədr Sahibə Qafarova 80 deputatın imzası ilə parlamentin növbədənkənar sessiyasının çağırıldığını açıqlayıb. Fövqəladə sessiyanın ilk iclası 7 iyunda keçiriləcək. Amma elə ilk iclasda parlamentin buraxılacağı inandırıcı deyil: “Çünki hələ bir sıra həllini gözləyən məsələlər var ki, parlamentin qərarları lazımdır, büdcə dəyişiklikləri və digər qanunlara xırda dəyişikliklər edilməsi, mənim bildiyim qədər, nəzərdə tutulur. Bütün bunlar isə fövqəladə sessiyanın iclaslarında həyata keçirilməlidir. O baxımdan hesab edirəm ki, parlament ilk iclasda buraxılmayacaq. Amma fakt budur ki, parlament seçkiləri irəli çəkiləcək. Bunun üçün də Milli Məclisin rəsmən özünü buraxması lazımdır. Növbədənkənar seçkilərin sentyabrın birinci ongünlüyündə keçiriləcəyi deyilsə də indi oktyabr ayında keçirilə biləcəyi ilə bağlı iddialar var. Yəni məsələ hələ konkretləşməyib. Seçkinin nə zaman keçiriləcəyi ölkə prezidentinin səlahiyyətindədir. Son qərar dövlət başçısı tərəfindən veriləcək. Bildiyimiz qədər bu istiqamətdə müzakirələr aparılır və seçki qərarının nə zaman veriləcəyi bəlkə də artıq məlumdur. Sadəcə, hələ ki ictimaiyyət üçün açıqlanmır. İstənilən halda, seçki kampaniyasının yay aylarına təsadüf edəcəyi gözlənilir. Bu yayın həm də siyasi gündəm sarıdan isti keçəcəyi gözlənilir. Biz fevral ayından seçkilərin növbədənkənar keçiriləcəyi ilə bağlı məlumatlara malik idik və bu baxımdan da seçkiyə hazırlıq qərarı verilib. Partiya daxilində lazımi hazırlıqlar görülür”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə qeyd etdi ki, parlament seçkiləri ağır prosesdir. Xüsusilə də yay vaxtı keçirilməsi hazırlıq, təbliğat, təşviqat işlərində əlavə çətinliklər yaradacaq: “İnsanların tətildə olması reallığı da problemlərdən biri kimi meydana çıxa bilər. Amma istənilən partiya seçkiyə istənilən an hazır olmalıdır. Bizim partiya istənilən vəziyyətdə seçkilərin keçirilməsi üçün hazırlıq işləri ilə məşğuldur və buna hazırdır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Cebhe.info-ya açıqlamasında deyib ki, seçkidə namizədliyini irəli sürəcək. O, namizədliyini hansı dairədən irəli sürəcəyini də söyləyib: “Hər zaman olduğu kimi, yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm. Seçkilərdə neçə nəfərlə mübarizə aparacağımızla bağlı partiya daxilində müzakirə gedir. Parlament seçkiləri elan olunduqdan sonra fikrimizi dəqiqləşdirəcəyik. Seçkilərdə seçicilərin namizədlərimizə göstərəcəyi etimaddan çox şey asılı olacaq. Əlbəttə ki, Ana Vətən Partiyası da hər bir partiya kimi Milli Məclisdə daha çox deputatla təmsil olunmaq istəyir. Lakin bu, bizim iradəmizdən və istəyimizdən asılı deyil. Son sözü seçicilər deyəcək”.

AMİP-in qurucu lideri Etibar Məmmədov isə Moderator.az-a deyib ki, ümumiyyətlə, Azərbaycandakı seçkili orqanların ciddiyyətini artırmağa ehtiyac var: “Fikrimcə, artıq bu parlamenti oyuncaq vəziyyətdən çıxarıb işlək hala salmaq gərəkdir. Və hesab edirəm ki, vaxtından əvvəl parlament seçkilərinin olması üçün də yenidən parlament özünü buraxmalıdır. Bir də deputatlar elan etməlidirlər ki, biz yararsızıq və növbədənkənar seçkilər keçirməyə ehtiyac var”. /“Yeni Müsavat”

Xebertv.info

Digər xəbərlər

Almaniya Ukraynaya tanklar verəcək
"Neftçi"nin növbəti mərhələdəki rəqibi "Qalatasaray" oldu
Ermənistan prezidenti koronavirusa yoluxdu
Bakıda 2 nəfəri güllələyən saxlanıldı - Rəsmi
FHN generalı işdən çıxarıldı
Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
"Azqranata” şirkətinin baş direktoru  istefa verib.
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Nazirlik “Azərsu”yun cərimələnməsi üçün sənədləri məhkəməyə göndərdi
Alı Qocayev vətəndaşı ÇİLƏDƏN ÇIXARIB - VIDEO
Estoniya Baş naziri korrupsiya qalmaqalına görə istefa verdi
Baş Prokurorluq Ermənistanın sərhəd təxribatı barədə məlumat yayıb -
Rəsmi Moskva atəşkəslə bağlı çağırış etdi
Faiq küsülü olduğu Zülfiyyənin adını çəkdi: "Fəxr edirəm"
Bakıda məşhur tikinti şirkətinin əmlakı satışa çıxarılır
Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub
İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək
Bu ərazilərdə su olmayacaq
Qara kişmişin faydaları
Bakı Atatürk liseyində müdhiş saxtakarlıq - FOTO
Həftəsonları ictimai nəqliyyatla bağlı qadağanın müddəti uzadıldı
Sülhməramlıların Qarabağda yerləşdirilməsi prosesi yekunlaşdı
Həbs edilən nazir müavini etiraf etdi: 150 min manat ... - VİDEO
DSX-də müəmmalı ƏSGƏR ÖLÜMLƏRİ...
Deputat Ülvi Quliyev indi də komitə sədri olmaq istəyir- Susmağı sevən deputatın biznesi Avropanı fəth edir
Məktəblərdə dərs günləri necə müəyyənləşəcək? - Nazirdən AÇIQLAMA
Balotelli heç Misir klubuna da lazım olmadı
Milli Məclisin yeni tərkibdə ilk iclası martın 10-da keçiriləcək
{sape_links}{sape_article}