Son dəqiqə
6-06-2024, 11:20
189

Pensiya ilə bağlı ŞAD XƏBƏR: Vətəndaş öldükdən sonra yığılan pul…

Pensiya ilə bağlı ŞAD XƏBƏR: Vətəndaş öldükdən sonra yığılan pul…
Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir. Belə ki, ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 63 il 6 ay olacaq.

1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Sirr deyil ki, erkən ölüm səbəbi ilə bir çox yaşlı nəslə pensiya almaq nəsib olmur. Belə olan halda yaş həddinin artırılması nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, Azərbaycanda kişilərin və qadınların pensiya yaşının 65-ə çatdırılması ilə bağlı “Əmək pensiyaları haqında” qanunda 2017-ci ildə dəyişiklik edilmişdi.

O deyib ki, qanunun 7-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən başlayaraq 2026-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq sonda qadınlar üçün 65 yaşa çatdırılacaqdı:

“Əmək pensiyaları haqqında” Qanunda vaxtılə edilmiş bu dəyişiklik cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, dəyişikliklərin müəllifləri bu addımı ilk növbədə ölkədə orta yaş həddi göstəricilərinin yaxşılaşması ilə izah edirlər. Digər tərəfdən orta pensiya yaşının 65-dən çox olduğu və onun 70-i ötdüyü ölkələrin də təcrübəsi ortadadır. Bəzi vətəndaşların pensiya yaşına çatmadan dünyasını dəyişməsi ölkə üzrə orta yaş göstəricisini dəyişdirə bilməz. Bir qrup insanların pensiya yaşına çatmadan dünyasını dəyişdiyi kimi, digər qrup insanlar da pensiyaya çıxdıqdan sonra yaşanacaq orta ömürdən bəzən 2-3 dəfə çox yaşaya bilirlər. Belə olan halda onlar hamı kimi təqaüd alırlar”.

Sabiq nazirin fikrincə, bu sırada ən önəmli məsələ təqaüdçü dünyasını dəyişdikdən sonra onun istifadə edilməmiş pensiya kapitalı ilə bağlıdır:

“Hesab edirəm ki, vətəndaşın hesabına illərlə yığılmış vəsait – yəni pensiya kapitalı onun mülkiyyətidir və əgər vətəndaş dünyasını dəyişən zaman bu hesabda hər hansı bir məbləğdə vəsait qalarsa, həmin vəsait vətəndaşın digər əmlakları kimi onun varislərinə çatmalıdır. Düşünürəm, sosial islahatlar çərçivəsində hökumət bu məsələnin həlli ilə bağlı müvafiq addımlar atacaq”.

Xebertv.info

Digər xəbərlər

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Sürücünü vuran sərnişin üzr istədi
Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayəyə çapacaqla zərbələr vurdu - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
ANS-in sabiq prezidentinə yeni VƏZİFƏ VERİLDİ
Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır
Bakıda intihar edən şəxs şöbə müdiri olub
Putin Bakıda bu məşhur milyarderlə görüşdən imtina etdi
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Dünya bazarında neft qiymətləri
Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib
Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? (RƏSMİ AÇIQLAMA)
Qarabağda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Milli Məclisin iclası başlayıb
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
"900 manatla trendə düşürlər" - Flora Kərimova
Kompensiyayalarla bağlı sms almiyan vetendaşlar nə etməli??
Ceyhun Bayramov: “Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunacaq
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
Düşmən Tərtərdə daha bir mülki şəxsi yaraladı