Son dəqiqə
7-06-2024, 15:10
177

Vasif Talıbovun postunu kim tutacaq?

Vasif Talıbovun postunu kim tutacaq?
Yaxın vaxtlarda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçiriləcək.

TNS-nin yaydığı məlumata görə, Naxçıvanın yeni rəhbərliyi namizəd axtarışındadır. Artıq Ali Məclisin deputatı seçilmək üçün namizədliyini irəli sürəcək şəxslər müəyyənləşdirilir. Ali Məclisə seçkilərdən sonra Vasif Talıbovun boş qalan vəzifəsinə də seçki olmalıdır.

Saytın iddiasına görə, bu posta ən çox adıçəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlidir. Vaxtilə Vasif Talıbovun ən etibarlı adamlardan biri olan Ülvi Hüseynli Naxçıvanın yeni rəhbərliyinin dəstəyini alarsa, bu vəzifəni tuta bilər. İxtisasca jurnalist olsa da, indiyədək siyasi proseslərdə iştirak etməyən birinin bu vəzifəyə gətirilməsi Naxçıvana nə qazandıracağını demək çətindir.

Musavat.com bu məqamda sözügedən posta gətirilə biləcək digər namizədin də adını açıqlayıb. Sayt xatırladır ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından 2022-ci ilin dekabrınadək Ali Məclis sədri vəzifəsində çalışıb. Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini müavin postuna ötən ilin mayından Qıvraq seçki dairəsindən deputat Anar İbrahimov yerinə yetirir.

Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. Onun da bu dəfə Ali Məclis sədri seçkilərində şansları olmamış deyil.

Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisin hər bir deputatı sədr seçilə bilər.

Müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Saytın Naxçıvandakı mənbələrdən aldığı məlumata əsasən, hazırda Ali Məclisə faktiki rəhbərlik edən Anar İbrahimov ən şanslı namizəddir. Həm təcrübəsi, həm də siyasi savadı Ali Məclisin sədri postuna tamamilə uyğundur. Ülvi Hüseynliyə gəlincə, onun Ali Məclisin sədri vəzifəsinə gətiriləcəyi halda narazılıqların genişlənəcəyi istisna olunmur. Vasif Talıbov dönəmində əsasən Şərurdan olan kadrlara üstünlük verilirdisə, bu gün kadrlar Şahbuzdan seçilir, irəli çəkilir. Ülvi Hüseynli də Şahbuz rayonundandır, yeni təyin olunan Baş nazir də eyni rayonun yetirməsidir. Bu baxımdan, Ali Məclis sədrinin də eyni rayondan olması bəzi xoşagəlməz dedi-qodulara yol aça biləcəyindən Ülvi Hüseynlinin bu posta təyinatı inandırıcı görünmür.

Anar İbrahimov çirkaba bulaşmayan kadrdır, onun təyinatı ümumilikdə Naxçıvan əhalisinin mənafeyinə uyğun olar. Ülvi Hüseynli haqda isə bu fikri işlətmək yersizdir. O, Vasif Talıbovun kadrı olaraq sırf şəxsi mənafelərini ilk cərgəyə qoyacaq, Talıbovdan qalan feodal üsul-idarə ilə işləyəcək. Əhali isə Vasif Talıbov idarəçiliyindən bezdiyindən Ülvi Hüseynlinin bu posta gətirilməsi Naxçıvanda mənfi emosiyalar yaradacaq. /qafqazinfo/

Xebertv.info

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}