Son dəqiqə
Cəmiyyət
10-06-2024, 13:05
91
Daxili Qoşunların polkovniki qəfil öldü - FOTO
![Daxili Qoşunların polkovniki qəfil öldü - FOTO](/uploads/posts/2024-06/12.jpg)
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.
Unikal.az xəbər verir ki, o, ürəktutmasından vəfat edib.
1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.
![](/uploads/posts/2024-06/13.jpg)
Xebertv.info