Son dəqiqə
Cəmiyyət
10-06-2024, 23:53
102
Ermənistan MTX itkin düşən hərbçimiz barədə məlumat yaydı
Bizdə Azərbaycan Ordusunun hərbi qulluqçusunun Azərbaycan-Ermənistan sərhədini keçməsi barədə hər hansı məlumat yoxdur.
APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, sözügedən faktı təsdiqləyəcək hər hansı informasiya olarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Tehsil-press.az