Son dəqiqə
11-06-2024, 11:15
154

Azərbaycanın bu məşhur bankında nə baş verir? – Milyardlar oğurlanmışdı, indi isə…

Azərbaycanın bu məşhur bankında nə baş verir? – Milyardlar oğurlanmışdı, indi isə…
Azərbaycan Beynəlxalq Bankı (ABB) haqda mediada zaman-zaman maraqlı və sensasional araşdırmalar dərc edilir. Artıq 10 ilə yaxındır bu bankın adı daha çox neqativ planda hallandırılır. Bu da səbəbsiz deyil…

Bu bankla bağlı hələ 2015-ci ildə qalmaqal yaranmışdı. Bankdan milyardlarla dollar-manat pulun yoxa çıxdığı məlum olmuşdu. Bir neçə iş adamı, oliqarx, vəzifəli şəxs dövlətin 51 faizlə ortaq olduğu Azərbaycan Beynəlxalq Bankını rəsmən soymuşdu. Buna görə xeyli sayda adam saxlanıldı. Onlarla iş adamı, bank əməkdaşı, rəsmi şəxs istintaqa cəlb edildi.

Prosesin kulminasiyası ABB-nin o vaxtkı rəhbəri Cahangir Hacıyevin həbsi oldu. O, hələ də həbs cəzası çəkir.

Bundan sonra ABB-nin rəhbərliyi bir neçə dəfə dəyişdirildi, yenə də neqativlər aradan qalxmadı. İndi isə məlum olur ki, bankla bağlı növbəti neqativ proses gedir.

“Azpolitika” saytında dərc olunan məqalədə bankın rəhbərliyinin fantastik məbləğdə gəliri haqda maraqlı faktlar təqdim edilib. Sitat:

“Belə ki, mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib.

Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.

Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür”.

Saytın yazdığına görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub.

Məqalədə daha sonra bunlar yazılıb:


“Əlbəttə ki, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir. Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur”.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov Beynəlxalq Bankın vaxtı ilə dövlətə milyardlarla ziyan vurduğunu qeyd edib.

Onun sözlərinə görə, ABB bir neçə il öncə müflis vəziyyətdə olub:

“Bunda sonra dövlət pul sərf edərək onu xilas etdi. Bunun başqa yolu yox idi. ABB ölkənin ən böyük və dövlət bankıdır. Müflis olsa idi bu, bank sistemi üçün çox ağır nəticələrə gətirib çıxarardı. Ona görə də dövlət onu xilas etdi. Amma sual yaranır ki, niyə Cahangir Hacıyevlə bərabər onun ətrafı da məsuliyyətə cəlb olunmadı? Axı Cahangir Hacıyev o işləri tək edə bilməzdi. Bu, istər fiziki, istərsə də texniki cəhətdən mümkünsüzdür. Bu işdə əli olan hər kəs məsuliyyətə cəlb olunmadıqda çoxlarında fikir yaranır ki, “onlara nə etdilər ki, mənə də edərlər”.

Ekspert ABB-nin keçmiş sədri ilə indiki rəhbəri bir tutmadığını deyib:

“Hazırki rəhbərlik korrupsioner deyil. Əlbəttə, o bankda da nələrsə baş verir. Çünki Azərbaycanda elə dövlət qurumu yoxdur ki, orada korrupsiya olmasın. Amma söhbət korrupsiya yönümlü olmaqdan gedir. Onların doğrudan da maaşları yüksəkdir və bu, normal haldır. Dünyanın bütün ölkələrində böyük şirkətlərdə yüksək maaşlar və bonuslar, mükafatlar olmalıdır ki, orada yaxşı, savadlı, bacarıqlı kadrlar işləyə bilsinlər. Biz SSRİ-dən qalmış psixologiyadan uzaqlaşmalıyıq. ABB-nin indiki rəhbərliyinə nəzər yetirsək, görərik ki, peşəkardırlar. O maaşa layiq olub-olmadıqlarını demirəm. Çünki onların maaşı doğrudan da çox olmalıdır. Nəinki Beynəlxalq Bankda, eləcə də dövlət şirkətlərinin çoxunda olduqca yüksək maaşlar var”.

Ə.Həsənov bankların reklam üçün pul xərcləməsinin normal olduğunu deyib:

“Bankın özünü reklam etməsi müştəri cəlb etmək üçündür. Məsələn, SOCAR-ın özünü reklam etməsini anlaya bilmirəm. Nəyini reklam edirsən axı? Beynəlxalq Bank digər banklarla rəqabət aparır. SOCAR daxildə kiminlə rəqabət aparır? Bu bankın dövlətə məxsus olduğunu nəzərə almalıyıq və onun satınalmaları dövlət satınalmaları haqqında qanuna uyğun olmalıdır. Böyük ehtimalla, bu, belə deyil. Azərbaycanda satınalmaları tam şəffaf olan qurum tanımıram. Fikrimcə, ABB-də son illər vəziyyət qismən yaxşılaşıb. Lakin problemlər hələ də mövcuddur”.

Xebertv.info xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, bankda heç bir korrupsiyadan söhbət gedə bilməz.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu