Son dəqiqə
11-06-2024, 13:28
108

Xalq artisti: "Ərim bu haqda danışmağa icazə vermir"

Xalq artisti: "Ərim bu haqda danışmağa icazə vermir"
Xalq artisti Gülyanaq Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik:

- Gülyanaq xanım, bu gün doğum gününüzdür. 51 yaşınızı qeyd edirsiniz. Doğum günü təəssüratlarınızı eşitmək istərdik.

- Bu gün doğum günümdür, hazırda Özbəkistandayam. Doğum günümü qeyd etməyə hava limanından başladıq. Təyyarədə hamı məni təbrik etdi. 240 nəfərlə Özbəkistana gəlmişik, burada Azərbaycan mədəniyyəti günləri keçirilir. Azərbaycanın mədəniyyətini və incəsənətini əks etdirən konsertimiz və tamaşalarımız var. Ad günümü isə ötən gün evimdə qeyd etmişəm.

İlk təbriki iyunun 7-də "ARB Günəş" televiziyasının rəhbəri, qardaşım Məhsim Məhsimovdan aldım. Məhsim qardaşım hər il doğum günümdə mənə bir klip hədiyyəsi edir. Bu il də ənənəsini davam etdirdi və məni "Təəssüf" klipi ilə təbrik etdi. Bu, mənə sürpriz oldu. Sonra sənət yoldaşım Zakir Əliyevdən təbrik gəldi.

Qeyd etdiyim kimi, doğum günümü evdə anam, balalarım və dostlarımla qeyd etdik. Gecə ilə də Özbəkistana yola düşdüm.

- Doğum günlərinizi qeyd etməyi sevirsinizmi?

- Düzü, o qədər də yox. Hamını ətrafıma toplayım, restoranda qeyd edim və sair xoşuma gəlir. Amma heç vaxt heç kimə hədiyyəyə görə qıymamışam. Keçən il yubileyim oldu, amma qeyd etmədim. Bu il də ad günümü xüsusi qeyd etməyə üstünlük vermədim.

Mənə hamı ilə bir arada deyib-gülmək, şənlənmək çox xoşdur. Tələbələrim məni təbrik etdilər. Sənət dostlarım, qohumlarım, bacılarım, qardaşlarım, ailə üzvlərim təbrikə gəldilər. Hələ də çox sayda mesajlar alıram. Ad günü elədir ki, kiməsə hədiyyə üçün əziyyət vermək istəmirəm.

Sevənlərimə deyirəm ki, ad günümə gəlin, amma hədiyyəsiz. Hamı ətrafımda olanda sevinirəm. Heç kimin əziyyət çəkməsini istəmirəm. Əlbəttə, hədiyyə almaq gözəl bir haldır. İnsanı sevindirir, duyğulandırır. Evim də güllü-çiçəklidir. Amma kiməsə əziyyət vermək o qədər də xoş deyil.

- Həyat yoldaşınız Ziya bəyin sizə nə hədiyyə etdi?

- Hər zaman doğum günümdə həyat yoldaşım yanımda olur. Ötən gün sevə-sevə məni hava limanına gətirdi və yola saldı. Həyat yoldaşım mənə bağışladığı hədiyyə haqqında danışmağımı xoşlamır. Heç vaxt bu haqda danışmağa icazə vermir. Ailəmizdən, həyat yoldaşımdan danışanda xoşuna gəlmir. Mənə deyir ki, hədiyyə səninlə mənim aramdadır, heç vaxt bu kimi şeyləri danışma. Heç vaxt efirə də çıxmır.

Əslində, onun bu xarakteri mənə çox xoşdur. Bir kişi, ailənin böyüyü, balalarımın atası kimi mənə dəyəri, bu sənətdə dəstəyi heç bir hədiyyə ilə ölçülməz. Onun özü mənə hədiyyədir. Mən xoşbəxtəm ki, həyat yoldaşımın mənə, sənətimə, ailəmizə sevgisi böyükdür. Onun mənə böyük sevgi ilə yanaşması ən böyük hədiyyəmdir. Varlığı mənə bəsdir. İkinci dəfə həyata qayıtdı, mənə onun sağlığından başqa ən böyük hədiyyə nə ola bilər?! Ən əsası sağlamlığına diqqət etsin.

İnsanı sevgi yaşadır. Mən "Qadın" mahnısını hər ifa edəndə deyirəm ki, qadın ancaq onda xoşbəxt olur ki, həyat yoldaşından sevgi-qayğı, dəstək görür. Qadının həyatda ən böyük xoşbəxtliyi budur.

- Gülyanaq xanım, bacınız Gülyaz Məmmədovanın tələbəsini böyük bacınız oğluyla evləndirdiyinizi açıqladınız. Bu haqda danışmağınızı istərdik.

- Bəli, Gülyaz Məmmədovanın tələbəsi böyük bacımın gəlini olub. Xanım hər ikimizin qızıdır və bacımızın da gəlinidir. 10 gündür ki, toy mərasimləri baş tutub. Biz altı bacıyıq, xanım ən böyük bacımızın gəlinidir. Hələ Gülyaz Məmmədova oğlunu evləndirməyib. Subaydır.

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -