Son dəqiqə
12-06-2024, 22:21
178

"Başqa millətlər içərisində biabır oluruq, hamı bizə axmaq kimi baxır" - Əhməd Qəşəmoğlu

"Başqa millətlər içərisində biabır oluruq, hamı bizə axmaq kimi baxır" - Əhməd Qəşəmoğlu
Xəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikahının qadağan edilməsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik gözlənilir.

Qeyd edək ki, Məcəlləyə təklif olunan bu dəyişiklik ölkəmizdə birmənalı qarşılanmayıb. Bunu sosial şəbəkələrdəki müzakirələrdən də aydın görmək olar.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, belə bir qərarın ilk təşəbbüskarı elə o, özü olub.

“Təxminən 20 ildir ki, məsələ ilə bağlı təbliğat aparıram. Hətta dərslərdə belə bu haqda tələbələri maarifləndirməyə çalışıram. Həmin məsələ Azərbaycanda çox ayıb bir mövzudur. Çünki bir neçə mənfi tərəfləri var. Bu evliliyin reallaşması nəticəsində böyük ehtimalla dünyaya gələn uşaq xəstə olur. Bu tip xəstəliklər bəzən 10, bəzən də 20 yaşdan sonra üzə çıxır. Şəxsən tanıdığım məşhur bir ailədən 30 yaşında oğlanın xəstəliyi üzə çıxdı. Bir çox ölkədə xəstəliyin çarəsini axtarsalar da, həyatını xilas etmək mümkün olmadı. Bu hadisə məhz yaxın qohum evliliyi ucbatından olub. Bu cür evliliklərdə uşaq dünyaya gələnə qədər ailə övladına görə təşviş içində olur. Hətta dünyaya gəldikdən bir müddət sonra da narahatlıq davam edir”, - deyən sosioloq məsələyə dini baxımdan da fikirlərini əlavə etdi:

“Bəzi hallarda belə din adamları bunu düzgün hesab edir. Bu, səhv bir yanaşmadır. İslamda haramın fəlsəfəsinə baxsaq, insan üçün zərərli olan hər şey haram buyurulub. Məsələn, normalda su halal olduğu halda, həddən artıq qəbul edildikdə haram sayılır. Çünki zərər verir. Bir ağsaqqal sosioloq olaraq bildirirəm ki, hansısa din adamı bunu qəbul etmirsə, o, heç İslamın mahiyyətini anlamır. Digər tərəfdən başqa millətlər içərisində biabır oluruq və hamı bizə axmaq kimi baxır. Ona görə də mən uzun müddət bu qərar üçün təbliğat aparmışam”.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu