Son dəqiqə
14-06-2024, 15:30
197

Əsgər Ceyhun Hüseynov qətlə yetirilib - rəsmi açıqlama

Əsgər Ceyhun Hüseynov qətlə yetirilib - rəsmi açıqlama
Iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

Azərbaycan Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda narkotik alverçisini tutuldular
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
Avtobusda biabırçılıq: Qadına təcavüz edən kişinin başına oyun açdılar - FOTOLAR
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var
Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
Su kanalında hamilə qadının meyiti tapıldı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Türkiyədə təyyarə qəzası olub
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Azərbaycanda daha 449 nəfər COVID-19-dan sağalıb, 352 nəfər yoluxub, 13 nəfər vəfat edib
Pensiyalar bu tarixdə ödəniləcək
“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı
Tanrıverdi Mustafayevə vəzifə verildi
Gəncə təhsilində nə baş verir? - İDDİA
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Məşhur klubun adı və loqosu dəyişdirilir
Abşeronda sərnişin avtobusu yandı
Smartfonlardan “stepanakert” sözü itdi və Xankəndi yazıldı
İşıq pulunu belə hesabla və yarbayarı qənaət et!
Corc Floydun ölümünə səbəb olan polis sərbəst buraxıldı
Səlim Müslümovdan sonra: Növbə kimindir? - SİYAHI
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Hərəyə bir nənə öpək - İki gün qaldı
DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Bakıda avtobusda biabırçılıq - VİDEO
{sape_links}{sape_article}