Son dəqiqə
18-06-2024, 09:44
178

Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq

Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq
2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib.

Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb.

Ənənəvi, yəni daxili yanma mühərriki - benzin və dizellə işləyən maşınların sayı isə sürətlə azalır. Belə ki, ilk 5 ayda xaricdən ölkəyə gətirilən benzin-dizel maşınlarının sayı 23 781 ədəd olub. Ötən ilin eyni dövrü ilə müqayisədə belə maşınların sayı təqribən 7 min ədəd və ya 22% aşağı düşüb. Nəticədə əgər bir il əvvəl ölkəyə gətirilən minik avtomobillərinin 18%-i elektrik və hibrid maşınlarının payına düşürdüsə, 2024-cü ilin ilk 5 ayının nəticələrinə görə, ölkəyə gətirilən maşınların 25%-i və ya hər 4 avtomobildən 1-ni elektrik və hibrid maşınları təşkil edib. Klinikalar

Bəs bu tendensiya avtomobil bazarında benzin və dizel yanacağı ilə çalışan maşınların qiymətinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yanacaqla çalışan nəqliyyat vasitələrinə marağın azalaması dövrün tələbidir:

"Ümumiyyətlə, dünyada belə bir tendensiya hökm sürməkdədir və artıq bunun qarşısını almaq mümkünsüzdür. Dünya sürətlə benzin və dizel yanacağı ilə istehsal olunan nəqliyyat vasitələrindən imtina edir. Hibrid və elektromobil avtomobillərə keçid günün və dövrün reallığıdır. Bu proses eyni zamanda Azərbaycanda vüsət alıb. Bildiyiniz kimi, elektromobil və hibrid avtomobillərə gömrük və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu özlüyündə xüsusən topdan satış və avtomobil alqı-satqısı ilə məşğul olan iş adamları üçün olduqca cəzbedicidir. Eyni zamanda artıq həm elektromobillərin işləmə mexanizmi, dizayn imkanları, atmosferə təsiri və bütün bunların hamısı avtomobil bazarına müsbət mənada təsir edir. Bu baxımdan həm də ekonomik nöqteyi-nəzərindən cəzbedici olduğuna görə bu bazara keçid sürətlənib. Buna görə də bu təbii prosesdir".

Ekspert bu tendensiyanın avtomobil bazarına da təsir edəcəyini qeyd edib:

"Bu proses benzin və digər yanacaqla idarə olunan nəqliyyat vasitələrinin qiymətinin müəyyən mənada ucuzlaşmasına da gətirib çıxara bilər. Amma maya dəyəri və maya dəyərinin üzərindən qazanc deyilən bir şey var və bu da öz qüvvəsində qalacaq. Məncə hazırki durumda satış bazarına çox cüzi təsir göstərəcək, amma biz zamanla benzin və dizel maşınların daha da ucuzlaşmasını müşahidə edə biləcəyik".

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda narkotik alverçisini tutuldular
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
Avtobusda biabırçılıq: Qadına təcavüz edən kişinin başına oyun açdılar - FOTOLAR
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var
Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
Su kanalında hamilə qadının meyiti tapıldı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Türkiyədə təyyarə qəzası olub
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Azərbaycanda daha 449 nəfər COVID-19-dan sağalıb, 352 nəfər yoluxub, 13 nəfər vəfat edib
Pensiyalar bu tarixdə ödəniləcək
“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı
Tanrıverdi Mustafayevə vəzifə verildi
Gəncə təhsilində nə baş verir? - İDDİA
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Məşhur klubun adı və loqosu dəyişdirilir
Abşeronda sərnişin avtobusu yandı
Smartfonlardan “stepanakert” sözü itdi və Xankəndi yazıldı
İşıq pulunu belə hesabla və yarbayarı qənaət et!
Corc Floydun ölümünə səbəb olan polis sərbəst buraxıldı
Səlim Müslümovdan sonra: Növbə kimindir? - SİYAHI
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Hərəyə bir nənə öpək - İki gün qaldı
DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Bakıda avtobusda biabırçılıq - VİDEO
{sape_links}{sape_article}