Son dəqiqə
19-06-2024, 14:26
140

Sərhəddə nə BAŞ VERİR? - Növbəti müharibə ANONSU?

Sərhəddə nə BAŞ VERİR? - Növbəti müharibə ANONSU?





Bir müddətdir Azərbaycan-Ermənistan şərti sərhədinə çökmüş sükut son bir həftədə aradan qalxıb. Erməni təxribatları baş qaldırıb. Ötən həftə Naxçıvan istiqamətində mövqelərimiz bir neçə dəfə atəşə tutulub. Bu da onu göstərir ki, erməni təxribatları tamamilə aradan qalxmayıb. Ötən həftə onlar atəşkəsi Naxçıvan istiqamətində pozdular. Rəsmi İrəvan bununla bağlı ağlabatan bir açıqlama vermədi. Yadda bu qaldı ki, erməni baş naziri bu cür halları araşdırmaq üçün birgə qruplar yaratmağı və belə halları birlikdə araşdırmağı təklif edib.

Müdafiə Nazirliyinin dünən yaydığı açıqlama isə daha çox diqqət çəkir. Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət bildirib.

“Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”, - MN açıqlamada qeyd edib.

Bəs bütün baş verənlər nədən xəbər verir? Ermənistan yeni müharibəyə hazırlaşır?

Məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev News24.az-a açıqlamasında bildirib ki, Ermənistanın sərhəddə atəşəkəsi pozması Fransanın verdiyi dəstəyin nəticəsidir:

“Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanla sərhəddə, xüsusilə də, Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana verdiyi hərbi və texniki dəstəyin nəticəsidir. Ümumilikdə, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti aparmaqla paralel olaraq Ermənistanı da öz əlində cənubi Qafqazda alət olaraq istifadə edir. Parisin əsas məqsədi əldə olunan kövrək sülh prosesini darmadağın etmək və yeni münaqişə ocağı yaratmaqdan ibarətdir”.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi heç bir halda Ermənistanın hücum silahları əldə etməsinə kənardan biganə olaraq müşahidə etməyəcək, əksinə həmin silahların Ermənistana veriləcəyi təqdirdə adekvat, təsirli və səmərəli addımlar atacaq:

“İstənilən silahların Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid yaradacaq məsafədə yaxınlaşması Ermənistan üçün yeni şəxsi heyyət, ərazi, texnika və avadanlıq itkiləri ilə nəticələnəcək. Emənistan üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, yəni hələ də işğalda qalan 4 kəndimizi azad etmək, Naxçıvana ikitərəfli maneəsiz dəhlizin açılmasını təmin etmək və səhədlərin delimitasiya və demarkasiya prosesini davam etdirərək sülhə nail olmaq əvəzinə silahlanmaya üstünlük verirsə, buna görə məsuliyyəti tamamilə Ermənistan tərəfi daşıyaca”.

Ədalət Verdiyev əlavə edib ki, 44 günlük vətən müharibəsində darmadağın olan Ermənistan özbaşına yeni macəralar axtarmamalıdır. Çünki bu macəraların Ermənistan xalqına nə qədər böyük fəlakətlər bəxş etdiyi hamıya yaxşı məlumdur.



Xebertv.info

Digər xəbərlər

Azərbaycanda narkotik alverçisini tutuldular
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
Avtobusda biabırçılıq: Qadına təcavüz edən kişinin başına oyun açdılar - FOTOLAR
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var
Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
Su kanalında hamilə qadının meyiti tapıldı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Türkiyədə təyyarə qəzası olub
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Azərbaycanda daha 449 nəfər COVID-19-dan sağalıb, 352 nəfər yoluxub, 13 nəfər vəfat edib
Pensiyalar bu tarixdə ödəniləcək
“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı
Tanrıverdi Mustafayevə vəzifə verildi
Gəncə təhsilində nə baş verir? - İDDİA
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Məşhur klubun adı və loqosu dəyişdirilir
Abşeronda sərnişin avtobusu yandı
Smartfonlardan “stepanakert” sözü itdi və Xankəndi yazıldı
İşıq pulunu belə hesabla və yarbayarı qənaət et!
Corc Floydun ölümünə səbəb olan polis sərbəst buraxıldı
Səlim Müslümovdan sonra: Növbə kimindir? - SİYAHI
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Hərəyə bir nənə öpək - İki gün qaldı
DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Bakıda avtobusda biabırçılıq - VİDEO
{sape_links}{sape_article}