Son dəqiqə
30-01-2020, 13:37
654

SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."

SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."


Deputat vəsiqəsini girov qoyaraq borc götürən, qaytarmadığı üçün gündəmə gələn və buna görə mandatından imtina etmək məcburiyyətində qalan sabiq millət vəkili Rafael Cəbrayılovun adı yeni bir qalmaqalda hallana bilər.


Bu barədə xəbər “AzPolitika.info”-ya məlumatlı mənbədən daxil olub. Belə ki, sabiq millət vəkilinin yalnız yadlardan deyil, yaxın qohumlarından da borc kimi aldığı pulları qaytarmadığı iddia olunur. Belələrindən birinin də qudası Məmmədov Eldəniz Əliş oğlu olduğu bildirilir.


İddiaya görə, Rafael Cəbrayılovun iş görmək adı ilə borc aldıqları arasında qudası da olub. Sabiq millət vəkilinin qısa müddətdə qaytarmaq adı ilə qudası Eldəniz Məmmədovdan 220 min dollar aldığı bildirilir. Ancaq dəfələrlə istənilməsinə baxmayaraq, Rafael Cəbrayılov indiyədək borcunu qaytarmayıb. Bunun da iki qohum ailə arasında münasibətlərin soyumasına, hətta pisləşməsinə gətirib çıxardığı bildirilir.


Qeyd olunan iddia ilə bağlı Rafael Cəbrayılov və qudasının münasibətlərini öyrənə bilmədik. Ancaq istənilən vaxt onların da mövqeyini dərc etməyə hazırıq.


Xatırladaq ki, bir neçə ay əvvəl Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə Fətəliyeva Təranə Rasim qızından 300 min ABŞ dolları məbləğində borc aldığı məlum olmuşdu. Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət etmişdi.


Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs - Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu haqda məlumatlar, Rəfael Cəbrayılovun səs yazıları mətbuatda işıqlandırıldıqdan sonra o, mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət etdi. Rəfael Cəbrayılov belə bir vəziyyətlə üzləşməsində bina tikintisi ilə məşğul olan qardaşını və onun şəriklərini ittiham edib

Digər xəbərlər

AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu
Türkiyədə zəlzələ olub
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Günün qoroskopu -  09.03.2020
Vilayət Eyvazov Astaranın polis rəisini işdən çıxardı
"Ortada səlahiyyətli şəxslərin biznes maraqları olunca...." - MİQ imtahanından narazılar -
Şuşada çörək və şirniyyat müəssisəsi fəaliyyətə başladı
Putin Soçiyə gəlir: Paşinyan da görüşəcək
Tanınmış jurnalist `Bravo`nun fırıldağı ilə ÜZ-ÜZƏ...
Qəzaya düşən Milli Qəhrəmanımızın vəziyyəti ağırdır
“Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir
"Qarabağ" "Molde" görüşünün yeri və vaxtı açıqlandı
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat edib - FOTO
Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydendən kömək istədi
“Caliber”dən hərbi ekspertlə müsahibə: Ukraynadakı müharibədə uğur kimin tərəfindədir? -
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Qarabağ”, yoxsa “Qəbələ” finala çıxacaq?
Fizika İnstitutunun direktoru, müavini və bir neçə əməkdaşı işdən çıxarıldı
İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib - NÖVBƏTİ QƏRƏZLİ SUALLAR
Prezident açıqladı: “Daha 13 kənd işğaldan azad edildi”
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
Milli Məclisin iclası başlayıb
Qonşu ölkədə yer yerindən OYNADI
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub
24 apreldə gözlənilən hava şəraiti
“Bakı Metropoliteni”ndə iki yeni TƏYİNAT
İradə Gülməmmədova 4 min rüşvət alan direktor bacısına diplom verdi – FOTOFAKT
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
MSK yenidən toplanır - Nəticələr ləğv olunacaqmı?
{sape_links}{sape_article}