Son dəqiqə
20-06-2024, 15:39
211

Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT

Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Qaraciyərdəki problemlər haqqında xəbər tutmaq istəyirsiniz? Ayaqlarınıza baxın! Bəli, bu gün qaraciyərimiz haqqında məlumatlı olmaq üçün ayaqlarımızı müşahidə edəcəyik. Bir şeyi vurğulayım ki, hazırladığım video ultrasəs müayinəsi edən aparat və ya mütəxəssis deyil, sadəcə, məlumat xarakterlidir.

Dəqiq müayinələr üçün tibb müəssisəsinə getməlisiniz. Keçək videomuza. Kiçik qırmızı və ya qəhvəyi nöqtələr. Ölçüləri fərqli ola bilər. Adətən, aşağı ətraflarda müşahidə edilirlər. Nöqtələrin qaynağı zəif qan dövranıdır. Yəni qaraciyər probleminin xəbərçisidirlər. Ürək qanı ayaq barmaqlarınızın ucunadək göndərir, oradan isə vaskulyar sistem vasitəsilə geri qaytarır. Lakin qaraciyərdə hər hansı problem varsa, vaskulyar sistem düzgün işləyə bilmir. Nəticəsi isə orqanizmin müxtəlif nahiyələrində özünü biruzə verir. Çünki qan dövranı pozulur. Problemlərin əksəriyyəti ürəkdən uzaqda olduğuna görə, ürəkdən şübhələnmək heç kimin ağlına gəlmir. Diabet isə əl və ayaqlarda nevroloji problemlərə yol açır. Hörümçək damarları. Adətən, sirroz zamanı müşahidə edilirlər və hörümçək toru kimi qarma-qarışıq, iç-içə keçmiş kapillyarlar dərinin səthində qabarır. Burada vəziyyət belədir: estrogen səviyyəsi yüksəlir, vaskulyar sistem mənfi təsirə məruz qalır. Dolayısı ilə, hörümçək damarları sirrozun ilkin əlamətlərindəndir. Çatlamış dabanlar. B3 vitamininin çatışmazlığı zamanı, yaxud Omega-3 yağ turşularına ehtiyac duyulduğunda meydana çıxırlar. Qaraciyərin işlərindən biri də öd suyu istehsal etməkdir. Öd suyu isə yağ turşularının mənimsənilməsində əsas vasitədir. A və E vitaminləri yağda həll olan vitaminlərdir; yəni onların həlli üçün qaraciyər var gücüylə işləyir. Əgər lazımi miqdarda olmasalar, dəridə, xüsusən, dabanda problemlərin olması labüddür. D vitamini çatışmazlığı isə qaraciyərin işinə mane olan əsas faktordur. B3 vitamininin çatışmazlığı pellaqra xəstəliyinin yaranmasına da gətirib çıxarır. Bu dəri xəstəliyinə əllərdə və ayaqlarda daha çox rast gəlinir. Ayağın altında qaşıntı. Bu simptom qaraciyərdə maye yığıldığının göstəricisidir. Yəni qaraciyərdə tıxanma var, nəticədə, öd suyu normal şəkildə öd kisəsinə ötürülə bilmir. Səbəb öd kisəsindəki daş da ola bilər. Ayaqlardakı qaşıntını və iltihablanmanı plantar-fassit ilə əlaqələndirənlər də tapılır. Məlumat üçün deyim ki, plantar-fassit dərin daban fassiyasının, digər adıyla plantar aponevrozun zədələnməsi, iltihablanması, yaxud deformasiyaya uğraması səbəbiylə yaranır. Dərin daban fassiyası uzununa lifləri olan və dəriyə birləşən qalın, ağ toxumadır. Qaraciyərdə maye yığılması səbəbiylə qaşınan ayaq altlarını plantar-fassitlə qarışdırmaq olmaz. Çünki plantar-fassit daha çox ağrı ilə özünü biruzə verir, qaraciyər problemi isə qaşıntı ilə. Ayaqlarda istilik. “Yanan ayaqlar” qaraciyərdə problem olduğuna işarədir. Bu ayaqlar, həm də, iylənməsi ilə diqqət çəkir. Üfunətli ayaq qoxusu o deməkdir ki, qaraciyər normal şəkildə detoks həyata keçirə bilmir. Yəni onun işində ləngimələr və ya pozulmalar var. Qaraciyər detoks edə bilməyəndə toksinlər dəri vasitəsilə xaric edilir. Qaraciyərdə vəziyyət pisdirsə, ən birinci rasiona diqqət edilməlidir; demək, qidalanma vərdişi də pisdir. Orqanizm “zibillənib”, xüsusilə də, qalın bağırsaq və böyrəklər toksinlərin istilasına məruz qalıb. Bu halda, inanın, barmaqlarınızın ucunda belə, sağlamlıq axtarmaq mümkün deyil. Bununla demək istəyirəm ki, qaraciyər xəstədirsə, demək, orqanizm başdan-başa xəstədir… Ayaqlarda ödəmlər. Əlinizlə ayağınıza basdınız və sizə elə gəldi ki, əlinizin altında maye ilə dolu kiçik bir torba var… Bunu yaşamısınızmı heç? Yaşamısınızsa, rəylərdə yaza bilərsiniz. Bu kiçik torbalar ödəmlərdir. Yaranma səbəbi qaraciyərdə maye yığılmasıdır. Göbələklər. Məsələn; ayaq dırnaqlarında göbələk peyda olubsa, demək, orqanizm göbələk sporları tərəfindən işğal olunub. Bu da onu göstərir ki, bağırsaqdakı mikroorqanizmlərin balansı pozulub. Çünki qaraciyər düzgün işləmir. Əgər son dönəmlərdə qəfildən baş qaldıran dırnaq göbələyi, pullu dəmrov, kəpək kimi problemlərlə qarşı-qarşıyasınızsa, bilin ki, qaraciyərin iş prinsipi pozulub və ən ucdakı sinirlərdə qan dövranı həddən artıq zəifləyib. Qaraciyər problemlərinin səbəbləri nələrdir? Dərman preparatlarının əks təsirləri; Yüksək miqdarda şəkər qəbulu; Pasterizə edilmiş, konservləşdirilmiş qidaların qəbulu;

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda narkotik alverçisini tutuldular
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
Avtobusda biabırçılıq: Qadına təcavüz edən kişinin başına oyun açdılar - FOTOLAR
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var
Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
Su kanalında hamilə qadının meyiti tapıldı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Türkiyədə təyyarə qəzası olub
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Azərbaycanda daha 449 nəfər COVID-19-dan sağalıb, 352 nəfər yoluxub, 13 nəfər vəfat edib
Pensiyalar bu tarixdə ödəniləcək
“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı
Tanrıverdi Mustafayevə vəzifə verildi
Gəncə təhsilində nə baş verir? - İDDİA
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Məşhur klubun adı və loqosu dəyişdirilir
Abşeronda sərnişin avtobusu yandı
Smartfonlardan “stepanakert” sözü itdi və Xankəndi yazıldı
İşıq pulunu belə hesabla və yarbayarı qənaət et!
Corc Floydun ölümünə səbəb olan polis sərbəst buraxıldı
Səlim Müslümovdan sonra: Növbə kimindir? - SİYAHI
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Hərəyə bir nənə öpək - İki gün qaldı
DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Bakıda avtobusda biabırçılıq - VİDEO
{sape_links}{sape_article}