Son dəqiqə
21-06-2024, 14:33
220

Bəşəriyyət TƏHLÜKƏ QARŞISINDA: İnsanı 2 günə öldürən mikrob sürətlə yayılır

Bəşəriyyət TƏHLÜKƏ QARŞISINDA: İnsanı 2 günə öldürən mikrob sürətlə yayılır
Yaponiyada insanı 48 saat ərzində öldürə bilən “ət yeyən bakteriya”nın yaratdığı xəstəlik sürətlə yayılır. Bu barədə "Bloomberg" məlumat yayıb. Söhbət adi A qrupu streptokokundan - hava damcıları və təmas yolu ilə ötürülən beta-hemolitik qram-müsbət bakteriyadan gedir. Çox vaxt infeksiya boğazda başlayır.

“İnsanlar tez-tez streptokoklara, o cümlədən ”ət yeyən bakteriya" adlanan streptokok A-ya yoluxurlar. Lakin yoluxanların heç də hamısı toksik şok sindromuna tutulmur", - nəşr yazır.

Streptokok toksik şok sindromu bədənin atipik reaksiyası hesab edilir. Xəstəlik ən çox ayaqlarda ağrı və şişkinliklə başlayır. Qızdırma və aşağı qan təzyiqi fonunda toxumaların nekrozu sürətlə irəliləyir. “Ölümlərin çoxu 48 saat ərzində baş verir. Xəstə səhər saatlarında ayağında şişkinliyi hiss edirsə, günorta şişlik dizə yayıla, insan 48 saat ərzində ölə bilər”, - Tokio Tibb Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Ken Kikuçi deyib. O həmçinin bildirib ki, hazırkı infeksiya sürətində Yaponiyada bu il yoluxma hallarının sayı 2500-ə çata bilər, “dəhşətli” ölüm nisbəti 30% təşkil edir. Klinikalar

Bununla belə, professor həmkarlarını və ümumilikdə insanları panikaya düşməməyə və əsas gigiyena qaydalarına riayət etməyə çağırır.

Öncə qeyd edək ki, Toksik şok sindromu (TSS) toksinlər istehsal edən müəyyən bakteriyaların səbəb olduğu nadir, lakin potensial həyati təhlükəsi olan bir xəstəlikdir. Bu xəstəlik qaraciyər, ağciyər və ya ürək kimi həyati orqanların çatışmazlığı ilə nəticələnə bilər.

Toksik şok sindromu ilk dəfə 1978-ci ildə bir qrup uşaq xəstələndiyi zaman müəyyən edilib. Dəri yaraları, cərrahi kəsiklər, burun qabığı, yanıqlar və ya ginekoloji prosedurlar bu xəstəliyə tutulma riskini artıra bilər.

Toksik şok sindromuna (TSS) səbəb olan nədir?

Zəhərli şok sindromuna səbəb olan üç əsas bakteriya növü stafilokok aureus, clostridium sordelli və streptokok pyogenesdir. Bir çox hallarda bu bakteriyalar dəridə və ya selikli qişalarda heç bir mənfi təsir göstərmədən yaşayır. Bununla belə, müəyyən şərtlər altında bəzi bakteriya suşları sürətlə böyüməyə və toksinlər istehsal etməyə başlaya bilər.

Zəhərli şok sindromunun (TSS) əlamətləri hansılardır?

Simptomların başlanğıcı adətən ani olur. Zəhərli şok sindromunun simptomları toksinləri istehsal edən bakteriyaların növündən asılı olaraq dəyişə bilər. Semptomlara aşağıdakılar daxil ola bilər: bulantı və ya qusma, ani yüksək hərarət və titrəmə, sulu ishal, dəridə pis günəş yanığı və ya qırmızı nöqtələrə bənzəyən döküntü, başgicəllənmə, yüngül başgicəllənmə və ya huşunu itirmə, gözlərdə qızartı (konjonktivit), ayaq altı və ya ovucların dərisinin soyulması.

Bəs təhlükəli mikrobun başqa ölkələrdə, Azərbaycanda yayılma riski nə dərəcədədir? İnsanlar nələrə diqqət etməlidir, xüsusən də isti yay mövsümündə?

Mövzu ilə bağlı infeksionist Vasif Əliyev danışıb. Həkim qeyd edib ki, streptokok toksik şok sindromu hər ölkədə, hər insanda və hər yaşda görünə bilər: “Streptokok toksik şok sindromu pandemiyaya səbəb ola bilmir. Bu baxımdan Yaponiyadan Azərbaycana da gələ bilər kimi bir təhlükəsi yoxdur.

Lakin orqan çatışmazlığı, ölümlə nəticələnə bilər. Əsasən bədən müqaviməti zəif olan insanlarda görünür.

Təhlükəli olduğunu nəzərə alaraq, temperatur, əzələ və baş ağrıları, dəridə qırmızı səpkilər olduqda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Diaqnoz qoyulduqdan sonra antibakterial müalicə ilə qarşısını almaq olur". / “Yeni Müsavat”

Xebertv.info

Digər xəbərlər

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Sürücünü vuran sərnişin üzr istədi
Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayəyə çapacaqla zərbələr vurdu - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
ANS-in sabiq prezidentinə yeni VƏZİFƏ VERİLDİ
Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır
Bakıda intihar edən şəxs şöbə müdiri olub
Putin Bakıda bu məşhur milyarderlə görüşdən imtina etdi
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Dünya bazarında neft qiymətləri
Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib
Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? (RƏSMİ AÇIQLAMA)
Qarabağda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Milli Məclisin iclası başlayıb
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
"900 manatla trendə düşürlər" - Flora Kərimova
Kompensiyayalarla bağlı sms almiyan vetendaşlar nə etməli??
Ceyhun Bayramov: “Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunacaq
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
Düşmən Tərtərdə daha bir mülki şəxsi yaraladı