Son dəqiqə
30-01-2020, 15:34
476

Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO

Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO


30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi YAP tərəfindən 3 -cü dəfə irəli sürülən Sevinc Fətəliyeva növbəti seçici etirazı ilə üzləşib.


AFN xatırladır ki, bundan əvvəl Zığ kəndində seçicilərin etirazı ilə qarşılaşan S.Fətəliyeva onların haqlı sualları qarşısında çətin vəziyyətdə qalmışdı. Qapalı zalda təşkil olunan görüşdə seçicilər YAP-çı deputatdan namizədliyini geri götürməyi tələb etmişdilər. Bu gün AFN-ə müraciət edən Suraxanı rayonu Bahar yaşayış massivinin sakini İsa Cəlilov bir qrup seçici adından danışdığını deyib və S.Fətəliyevadan narazı olduqlarını bildirib: "O artıq iki dəfə bizim deputatımız olub. Heç bir fəaliyyətini görməmişik, dərdimizlə maraqlanmayıb, bizimlə görüşüb nədən narazı olduğumuzu, nə istədiyimizi soruşmayıb. 5 ildən bir üzünü görürük. Dəfələrlə qəbulunda olmuşuq, yol, qaz, işıq, su, marşrut problemlərimiz olub diqqətinə çatdırmışıq, heç birinə də reaksiya verməyib. Deyə bilərlər ki, deputat bu işlərə baxmır, bəli, razıyam. Deputat qazla, su ilə, işıqla, yolla təmin etmir, amma bu xidmətlərin həyata keçirilməsi zamanı əsaslanılan qanunları parlament qəbul edir. Deputat seçici ilə dövlət arasında bir körpü olmalıdır həm də. Bizi narazı salan problemlərin həllini müvafiq dövlət qurumlarından tələb etməlidir. Amma Sevinc Fətəliyeva ən "asan" variantı seçib - seçicilərini görməzdən gəlir, yox sayır. 10 ildə bir dərdimizə dərman olmayıb, yenə namizədliyini verib. Zığdakı görüşdə üzünə deyilən sözlərin hamısını bizim yaşadığımız əraziyə də aid etmək olar. Biz də o xanımın dediklərilə şərikik və Sevind Fətəliyevanı istəmirik. Yaxşı olar ki, bu xanım namizədliyini geri götürsün".

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}