Son dəqiqə
İdman
26-06-2024, 18:57
149
Ayrılmaq istədiyini klub rəhbərliyinə bildirdi – Millimizin yarımmüdafiəçisi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Vüsal İsgəndərli "Boluspor"dan ayrılmaq istəyir.
Bu ilin yanvarında "Eqnatiya"dan (Albaniya) Türkiyə klubuna keçən legioner bununla bağlı fikrini rəhbərliyə çatdırıb.
Super Liqaya vəsiqə qazana bilməyən Bolu komandasıyla 1,5 illik müqavilə imzalamış 28 yaşlı oyunçu Azərbaycana qayıtmaq niyyətində olduğunu bildirib.
O, bunun mövsümün son həftələrində əsas heyətdən kənarda qalması, gözlədiyinin əksinə, az-az şans qazanmasıyla əlaqələndirib.
Xebertv.info