Son dəqiqə
26-06-2024, 19:39
156

Sərhəddə gərginlik ARTDI: Vəziyyət dəyişir - Azərbaycan öz qoşunlarını...

Sərhəddə gərginlik ARTDI: Vəziyyət dəyişir - Azərbaycan öz qoşunlarını...




İyunun 23-ü axşam saatlarında Dərbənddə cinayətkarlar Pravoslav Kilsəsinə hücum ediblər. Kilsənin başçısı 66 yaşlı Nikolay Kotelnikov və mühafizəçi ölüb. Cinayətkarlar sinaqoqa da hücum ediblər və nəticədə sinaqoq yanıb.

Respublika Müftiliyi ölənlərin ümumi sayının 9 nəfər olduğunu, onlardan yeddisinin hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu qeyd edib. 25 nəfərin yaralandığı, 16 nəfərin isə Mahaçqaladakı xəstəxanalara yerləşdirildiyini bildirib. Dərbənddə polis idarəsinin rəisi də həlak olub.

Dərbənddə baş verən hücumla eyni vaxtda bir qrup cinayətkar yol polisi postuna hücum edib. İnternetdə yayılan görüntülərdə polis avtomobilini ələ keçirən bir neçə cinayətkarın avtomat silahdan atəş açdığı göstərilib. Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları dörd hücumçunun məhv edilməsi barədə məlumat vermişdi.

Belə bir anda Azərbaycanın şimal sərhədlərində də təhlükəli vəziyyət yaranıb. Düzdür, Dağıstanda baş verən hadisələrin bizə heç bir zərəri olmasa da, hər halda ölkə təhlükəsizliyi hər şeydən önəmlidir. Bəs Azərbaycan şimal sərhədlərinin təhlükəsizliyi üçün ərazidə təhlükəsizlik tədbirlərini artıra bilər?

Məsələ ilə News24.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Dağıstanda baş vermiş hadisə Qərbin Rusiyanı daxildən parçalamasına yönəlib:

“Hazırda Rusiya və Azərbaycan münasibətlərində qarşılıqlı etimad var. Bakı ilə Moskva arasındakı dialoq müntəzəm davam etdirilir. Hər hansı bir gözlənilməz hadisə baş verdikdə dövlət rəsmiləri məsələni müzakirə edib ümumi qərar verirlər. Bu bəlli bir məsələdir ki, Qərb Qafqazda gərginlik ocaqlarını yaratmaqda israrlı idi. Birinci və ikinci Çeçen müharibələrində də biz bunun şahidi olduq. Qərb silah və canlı qüvvə tədarükü edirdi, hansı ki burda vəziyyətin daha da alovlanması üçün. Əslində əraziyə partlamamış minalar 90-ci illərdən yerləşdirilib. Qərb, ümumiyyətlə, Rusiyanın parçalanması prosesində Qafqaz bölgəsinə xüsusi önəm verir. Çünki orada millətlər çoxdur, dini zəmində, məzhəb zəmnində və millətlər zəmnində ziddiyətlər çoxdur”.

Politoloq qeyd edib ki, Rusiyanın rəsmi dövlət orqanlarında oturanlar arasında da Qərbin adamları var. Onun sözlərinə görə, Kreml Qərbpərəstlərin əl-ayağını yığışdırmaq istəyirsə, ilk növbədə öz komandasını təmizləməlidir:

“Əlbəttə ki, Rusiyanın özündə Qərbin qarşısında təzim edənlər var. Əvvəl-axır onlar öz mənfur fəaliyyətlərini göstərməlidirlər və göstərirlər də. Dağıstanın diqqət mərkəzinə salınmasının səbəbi isə millətlər arasındakı ayrı seçkilikdir. Bu prosesdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin üzərinə çox yük düşür. Daxili qüvvələrin bu prosesdə əli var. Ancaq dövlət təhlükəsizlik sistemində bunlara yol vermək olmaz. Rusiya qoşun yeritsə də, yeritməsə də sabitliyi və təhlükəsizliyi qorumaq lazımdır”.

Tofiq Abbasov əlavə edib ki, Azərbaycanın da maraqlarındadır ki, öz şimal sərhədlərində təhlükəsizlik olsun. Azərbaycan öz sərhədlərini möhkəmləndirməlidir. Biz bilirik ki, dünyada transmilli şirkətlərin qulluğunda duran bəzi radikal qruplar da az deyil".

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu