Son dəqiqə
İdman
27-06-2024, 10:43
147
Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu açıqlandı
Almaniyada təşkil olunan Avropa çempionatının III turu çərçivəsində keçirilən Çexiya - Türkiyə (1:2) matçının ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Türkiyə millisinin futbolçusu Barış Alper Yılmazdır.
Qeyd edək ki, F qrupundakı mübarizəni 6 xalla başa vuran "ay-ulduzlular" ikinci yeri tutaraq 1/8 finala yüksəliblər. Qardaş ölkənin yığması pley-offda Avstriya ilə qarşılaşacaq.
Xebertv.info