Son dəqiqə
3-07-2024, 11:41
135

Avtobus və metroda bu şəxslərə güzəşt ola bilər - AÇIQLAMA

Avtobus və metroda bu şəxslərə güzəşt ola bilər - AÇIQLAMA





Dünyanın müxtəlif ölkələrində tələbələr və ahıllar üçün ictimai nəqliyyatdan istifadə ilə bağlı güzəşt limitlərini əhatə edən kartlar mövcuddur. Beləliklə, bu kateqoriyadan olan şəxslər bəzi hallarda ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Hətta bəzi ölkələrdə tələbələrə təyyarədə, dəmir yolunda əlli faiz güzəşt tətbiq olunur.

Bu barədə Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, belə müsbət təcrübələrin Azərbaycanda tələbələrə və ahıl insanlara şamil olunması daha məqbul olar:

“Çünki ölkəmizdə yaşlı insanların qayğıya ciddi ehtiyacı var. Bu kateqoriyadan olan insanlar aldıqları pensiyalarla ehtiyaclarını qarşılaya bilmir. Eyni zamanda tələbələrin də belə bir dəstəyə ciddi ehtiyacı mövcuddur”.

Partiya sədri hesab edir ki, gənclər daha çox dinamikdir, müxtəlif yerlərə, tədbirlərə, kitabxanalara gedir:

“Bu zaman isə onlar metrodan və digər ictimai nəqliyyat növlərindən gün ərzində daha çox istifadə edirlər. Hətta bəzi tələbələr təhsil aldıqları müəssisəyə gəlmək üçün üç marşurut dəyişməli olur. Bu da sözsüz ki, tələbələrin büdcəsi üçün yükə çevrilir. Ahıl insanların da xəstəxanalara, parka, nəvələrinin görüşünə və hansısa işinin arxasınca gedən zaman ictimai nəqliyyatdan güzəştlə istifadəsi daha məqbuldur”.

Razi Nurullayev bunun üçün həmin kateqoriyadan olan insanlara güzəştli gediş kartlarının verilməsinin məqsədə uyğun olduğunu söyləyib:

“Bu güzəştli kartlar aylıq və illik olaraq hesablanaraq dövlət büdcəsindən həmin şirkətlərin hesabına qaytarıla bilər. Ona görə də, Azərbaycanda məhz dünyada mövcud olan bu qabaqcıl təcrübənin tətbiqi müsbət addım olardı”.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıda polisdən film kimi qaçış
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş (ÖZƏL)
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Eldar Əzizov nazir postuna gətirilir
Bakıda obyektdən oğurluq edən şəxs "iş başında" saxlanıldı -
Neymar koronavirusa yoluxdu
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA
Rasim Balayevin doğum günüdür
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
İki karateçimiz Avropa çempionu oldu
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar
Bir anda tapıldı - çox az sayda qalıb/ FOTOLAR
Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Dövlət qulluqçularının peşə bayramı günüdür
Artur Rasizadə hələ də komissiya sədridir
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”
Siyəzəndə məmurun ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI... - VİDEO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə gedənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO