Son dəqiqə
3-07-2024, 19:37
162

Seysmoloqdan XƏBƏRDARLIQ: Bakını gözləyən zəlzələnin vaxtını AÇIQLADI - "Liftə minməyin, qapını tez açın..."

Seysmoloqdan XƏBƏRDARLIQ: Bakını gözləyən zəlzələnin vaxtını AÇIQLADI - "Liftə minməyin, qapını tez açın..."





"Bu ilin əvvəlində verdiyim müsahibələrində qeyd etmişdim ki, 2024- cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Talış zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi".

Bunu referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb:

"Ümumiyyətlə, bir neçə növ zəlzələlər var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. İstər il seysmik və tektonik baxımından aktiv olsun, istər olmasın. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil".

Müsahib qeyd edib ki, hiss olunan zəlzələ dedikdə, maqnitudası 4.5 - 5.5 civarında olan zəlzələ nəzərdə tutulur. Mütəmadi olaraq bu il hiss olunan zəlzələlərin baş verməsinə şahid olacağıq.

"Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi hissəsi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya aiddir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Burada bir neçə tektonik qırılmalar mövcuddur. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir- birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki Talışda olan zəlzələ tektonik- seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil", - deyərək seysmoloq fikirlərinə əlavələr edib.

Qulam Babayev zəlzələ zamanı insanların davranacaqlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib: "Zəlzələ təkanları baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma, hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda narkotik alverçisini tutuldular
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
Avtobusda biabırçılıq: Qadına təcavüz edən kişinin başına oyun açdılar - FOTOLAR
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var
Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
Su kanalında hamilə qadının meyiti tapıldı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Türkiyədə təyyarə qəzası olub
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Azərbaycanda daha 449 nəfər COVID-19-dan sağalıb, 352 nəfər yoluxub, 13 nəfər vəfat edib
Pensiyalar bu tarixdə ödəniləcək
“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı
Tanrıverdi Mustafayevə vəzifə verildi
Gəncə təhsilində nə baş verir? - İDDİA
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Məşhur klubun adı və loqosu dəyişdirilir
Abşeronda sərnişin avtobusu yandı
Smartfonlardan “stepanakert” sözü itdi və Xankəndi yazıldı
İşıq pulunu belə hesabla və yarbayarı qənaət et!
Corc Floydun ölümünə səbəb olan polis sərbəst buraxıldı
Səlim Müslümovdan sonra: Növbə kimindir? - SİYAHI
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Hərəyə bir nənə öpək - İki gün qaldı
DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Bakıda avtobusda biabırçılıq - VİDEO
{sape_links}{sape_article}