Son dəqiqə
31-01-2020, 09:50
768

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

Digər xəbərlər

Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəfat etdi
“Azərsu” abonentlərə müraciət edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
İlham Əliyev dövlət agentliyinə 3,1 milyon manat ayırdı
Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü
Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
Baş Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
Abid Şərifovun şirkəti borc içində batır –
İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirildi (RƏSMİ)
Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı
Prezident Qarabağın statusu məsələsinə nöqtə qoydu - VİDEO
Ermənilər yenidən Gəncəni atəşə tutur - RƏSMİ
10 ildir gedən "Bacanaqlar" bağlanır
Bu il Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyib?
Ermənistan millisindən biabırçı məğlubiyyət: Qapılarında 10 qol gördülər
Səsvermənin nəticələri açıqlanır – SON DƏQİQƏ
Azərbaycan 2016-cı ilin aprel müharibəsini niyə dayandırıb? - ƏTRAFLI
Çili sahillərində 6.2 ballıq zəlzələ
DİN rəsmisi: "Polis postlarının sayının azaldılması barədə məlumatlar əsassızdır"
Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb
Portuqaliyalı cüdoçu yerə düşən telefona görə Bakı turnirindən uzaqlaşdırıldı - VİDEO
Hərarəti olan şagird buraxılış imtahanına buraxılmayıb
Bir sıra sahələrdə yerində xidmət dayandırılır
“Şuşa da, Qarabağ da Azərbaycanındır” - Ermənidən etiraf + VİDEO
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - VİDEO
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar - SİYAHI
{sape_links}{sape_article}