Son dəqiqə
6-07-2024, 11:47
148

Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT

Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT




Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə birgə müraciət ünvanlayıblar.

Müraciətdə qeyd olunur ki, yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.

"Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırır", - müraciətdə vurğulanıb.

Həmçinin, qeyd edilib ki, Azərbaycanda insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etmək yolverilməzdir:

"Bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin".

Xebertv.info

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!