Son dəqiqə
14-07-2024, 15:37
144

Xəbərdarlıq edilən icra başçısı 27 ildir, həmin qurumda çalışır – Səkiləri zəbt edən obyektlərin tikintisinə razılığı kim verib?

Xəbərdarlıq edilən icra başçısı 27 ildir, həmin qurumda çalışır – Səkiləri zəbt edən obyektlərin tikintisinə razılığı kim verib?





Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirədə Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasıdır.

“Yeni Gundem” xəbər verir ki, xüsusilə Xətai rayonunda təmir-bərpa işləri səliqəsiz həyata keçilir. Bu, vətəndaş şikayətlərində də əksini tapır. Elə Pravda.az-a son günlər ünvanlanan şikayət məktublarında qeyd olunur ki, obyekt sahibləri səkiləri zəbt edir. Təbii ki, buna səbəb müvafiq qurumların prosesə göz yummasıdır. Əsas cavabları bundan ibarət olur ki, obyekt xüsusi mülkiyyətdədir. Yəni əvvəlki illərdə razılıq alınıb. Burada xüsusi ilə vurğulamaq istərdik ki, hazırki icra başçısı Rafiq Quluyev 1997-ci ildən Xətai Rayon İcra Hakimiyyətində çalışır. O, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu, səkiləri zəbt edən obyektlərin tikilişi üçün razılıqla bağlı suallara təxminən aydınlıq gətirir. İcazə 1980-ci illərdə alınmayıb axı… Məsələn, “Əhmədli” metrostansiyası yaxınlığında, yol ayrıcında, yaşıllıq sahədə obyektlər 4-5 il bundan öncə tikilib. Misallar çoxdur. Nöqsanlardan nəticə çıxarılmazsa, yəqin ki, icra başçısı vəzifəsindən azad olunacaq. Burada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Aritektura Komitəsinin də üzərinə məsuliyyət düşür. Onların “obyekt xüsusi mülkiyyətdədir” və ya “Müvafiq qaydada müraciət olunub” kimi standart cavabları Komitənin işinin öhdəsindən gəlmədiyini göstərir. Axı bu qurumun qarşısında xüsusi tapşırıqlar qoyulub. Sədr Anar Quliyev Komitənin fəaliyyətinə yenidən nəzər yetirməlidir.

Hər iki rayonda – həm Yasamalda, həm də Xətaidəki səliqəsiz, səkiləri, avtobus dayanacaqlarını zəbt edən obyektlərlə bağlı faktları təqdim edəcəyik…

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -